Bakı Dövlət Universitetində onlayn tədbir: Silahlı Qüvvələrimiz güvənc yerimiz, qürur mənbəyimizdir
Bakı, 1 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat və Geologiya fakültələrinin tələbə-gənclər təşkilatları (TGT) tərəfindən “Silahlı Qüvvələrimiz güvənc yerimiz, qürur mənbəyimizdir” adlı onlayn tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov 103 il öncə - 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusunun yaradıldığını diqqətə çatdırıb. O, müasir müstəqil Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib.
Sonra çıxış edən Geologiya fakültəsinin dekan müavini Ruslan Şəmiyev Silahlı Qüvvələrimizin yaranma tarixi, 44 günlük Vətən müharibəsində qazandığımız böyük Qələbə barədə danışıb.
Mexanika-riyaziyyat fakültəsi TGT sədr müavini Sevinc Pənahova və fakültə TGT İdarə Heyətinin üzvü Ayan Cəfərova bildiriblər ki, güclü ordumuzla hər bir azərbaycanlı fəxr edir, böyük qürur hissi keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:18]
BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]