“Bakı KOB evi”ndə Heydər Əliyevin 100 illiyi münasibətilə fotosərgi açılıb
Bakı, 10 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Bakı KOB evi”ndə fotosərgi açılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar nümayiş olunur.
“Bakı KOB evi”nin xidmətlərindən istifadə edən sahibkarlar mayın 12-dək sərgi ilə tanış ola bilərlər.