İQTİSADİYYAT
Bakı metrosu baş verə biləcək hər hansı enerji böhranına daim hazırdır
Bakı, 12 sentyabr, AZƏRTAC
“Bakı Metropoliteni” baş verə biləcək hər hansı enerji böhranına qarşı daim hazırlıqlıdır.
AZƏRTAC xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Qeyd edib ki, ötən gün Bakı metrosunun “Bənövşəyi xətti”ndə alternativ enerji mənbəyi kimi dizel generatorların işi təkrar yoxlanılıb. Onun sözlərinə görə, hər hansı böhran vəziyyəti üçün daim hazır vəziyyətdə saxlanılır.
B.Məmmədov əlavə edib ki, hazırda Bakı metrosunda 21 dizel generator var. Vurğulayıb ki, generatorların bir qismi şəhərin enerji sektorunun yarımstansiyalarında, “Bənövşəyi xətt” üzrə isə Bakı metrosunun elektrik yarımstansiyasında olmaqla quraşdırılıb və müntəzəm olaraq sınaqları həyata keçirilir. Bakı metrosu baş verə biləcək hər hansı enerji böhranına daim hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]