BAKI-SUPSA KƏMƏRİ İLƏ NƏQL OLUNMUŞDUR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, iyulda Bakı-Supsa kəməri vasitəsilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə (ABƏŞ) məxsus 626 min 528 ton neft nəql olunmuşdur.
Ötən yeddi ay ərzində isə bu kəmərlə 4 milyon 168 min 658 ton neft daşınmışdır.
Qeyd edək ki, cari ilin iyulunda dünya bazarlarına, ümumilikdə 664 min 078 ton neft çıxarılmışdır.
Xatırladaq ki, Bakı-Supsa kəməri işə düşdükdən bu günədək bu xətt vasitəsilə 44 milyon 94 min 398 ton ABƏŞ nefti nəql olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:49]
Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub
- 15.10.2026 [13:42]