Bakıda "Caspian Power" İdman Festivalına start verilib
Bakı, 24 may, AZƏRTAC
Heydər Əliyev adına İdman Sarayında "Caspian Power" İdman Festivalına start verilib. Festivalda stronqmen, bodibildinq, mas-restlinq, cui-citsu və sumo üzrə yarışlar keçirilir.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan festival çərçivəsində keçirilən stronqmen yarışları Avrasiya çempionatından ibarətdir. Yarışda 4 ölkədən 7 tanınmış idmançı iştirak edir. Stronqmen yarışlarında ölkəmizi iki idmançı - Vüsal Mərdanov və Namiq Mehdiyev təmsil edirlər. Hər iki atletimiz 110 kiloqram çəki dərəcəsində yarışırlar.
Ümumilikdə festivalda 100-dək idmançı birincilik uğrunda mübarizə aparır.
Festivalın keçirilməsində məqsəd bütün idman növləri üzrə yarışların bir idman turniri çərçivəsində keçirməklə idmanın kütləviliyini artırmaqdır. Festivala idman ləvazimatları və qidalarının istehsalı və satışı ilə məşğul olan şirkətlər də dəvət olunub. Belə ki, festival çərçivəsində onlar xüsusi stendlərdə öz məhsullarını nümayiş etdirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]