Bakıda futvolley üzrə açıq beynəlxalq turnir davam edir
Bakı, 15 iyul, AZƏRTAC
Bakıda futvolley üzrə açıq beynəlxalq turnir davam edir.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan, Braziliya, Hollandiya, Portuqaliya, İran, Rusiya, Pakistan və Avstriya yığmaları mübarizə aparır.
Turnirin birinci günündə millimiz Pakistana 2:0 hesabı ilə qalib gəlsə də, Hollandiya və Avstriya komandalarına 0:2 hesabı ilə məğlub olub.
Bu gün Azərbaycan yığması beşinci yer uğrunda görüşdə Portuqaliya yığması ilə qarşılaşacaq.
Yarımfinal mərhələsinə isə Braziliya, Hollandiya, Avstriya və İran komandaları vəsiqə qazanıblar. Bu gün dörd komanda arasında mübarizə nəticəsində turnirin mükafatçıları müəyyənləşəcək.
Turnirin ümumi mükafat fondu 6 min manatdır.