BAKIDA KİKBOKSİNQ ÜZRƏ AVROPA KƏMƏRİ UĞRUNDA DÖYÜŞ KEÇİRİLİMİŞDİR
Bakı, 28 fevral (AZƏRTAC). Bakıda peşəkar kikboksçular arasında beynəlxalq turnir keçirilmişdir. Azərbaycan Kikboksinq Federasiyasından bildirmişlər ki, gecənin ən əsas döyüşü WAKO PRO versiyası üzrə Avropa kəməri uğrunda həmyerlimiz, üçqat dünya çempionu Ehram Məcidov və portuqaliyalı Leonildo Evora Dominqes arasında olmuşdur. Azərbaycan kikboksçusu rəqibinə nokautla qalib gəlmişdir.
Yarışların Super Fayt döyüşlərində Ramin Səlimov Hunkar Kılıçı (Kipr), Zabit Səmədov isə Konstantin Qluhovu (Latviya) məğlub etmişdir.
Yarışda 8 idmançı arasında kubok uğrunda döyüş də keçirilmişdir. Bu döyüşün finalında Kənan Sadıqovu üstələyən Kamil Şərifov kubоka sahib çıxmışdır.
Yarışı izləyənlər arasında Kikboksinq Təşkilatları Dünya Assosiasiyasının prezidenti Ennio Falsoni də olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]