Bakıda “Təhlükəsiz idman” mövzusunda seminar keçirilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyası və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə “Təhlükəsiz idman” mövzusunda seminar keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Beynəlxalq Olimpiya Komitəsinin Təhlükəsiz İdman üzrə məsləhətçisi Tine Vertommen seminarda təhlükəsiz idman təcrübələri, zərərsiz məşq metodları və idmançının hüquqlarının qorunması ilə bağlı biliklər təqdim edib.