BAKIDA UŞAQLAR ÜÇÜN ŞAHMAT TURNİRİ KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, Bakıda 1997-ci il təvəlludlü və daha azyaşlı uşaqlar arasında şahmat turniri keçirilir. Aprelin 20-də başa çatacaq turnir Hewlett Packard (HP) şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin dəstəyi ilə “Makkabi-Azərbaycan” mədəni-idman birliyi tərəfindən təşkil olunmuşdur. Turnirin üç qalibi 4-14 iyunda Moskvada “Məktəbdə şahmat” beynəlxalq festivalında iştirak edəcəkdir.
Qeyd edək ki, Azərbaycan idmançıları 4-12 iyulda şahmat, karate, tennis və yüngül atletika üzrə Roma şəhərində keçiriləcək XII Makkabi Avropa oyunlarına qatılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]