Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakının nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi hədəfi: Mikromobillik və əlçatan ictimai nəqliyyat – REPORTAJ

Bakının nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi hədəfi: Mikromobillik və əlçatan ictimai nəqliyyat – REPORTAJ

Bakı, 12 mart, Vüqar Qurbanoğlu, AZƏRTAC

Ekologiyanın təmiz olması və atmosferə atılan tullantıların azaldılması məqsədilə Bakıda mobilliklə bağlı proqramın icrasına başlanılıb və artıq proqramın bir hissəsi tamamlanıb.

AZƏRTAC xəbər verir ki, 2023-cü ilin ortalarından etibarən AYNA tərəfindən Bakı şəhərində mikromobillik zolaqlarının salınması istiqamətində araşdırmalara başlanılıb. Araşdırmalara bu sahədə ixtisaslaşmış beynəlxalq mütəxəssislər də cəlb edilib.

Təhlillər nəticəsində 3 mərhələdən ibarət olan “Konseptual Plan” hazırlanıb. Sözügedən plana əsasən şəhərin mərkəzi hissəsini və ətraf ərazilərini əhatə edən 100 kilometr uzunluğunda mikromobillik zolaqları şəbəkəsinin formalaşdırılması hədəflənir. Belə ki, mikromobillik proqramının əsas tərkib hissəsi yol hərəkətinin təşkili, taksi xidməti üzrə islahatlar, parklanmanın idarə edilməsi, avtobus marşrutlarının təhlilidir. 2030-cu ilə hədəflənən məqsədlərə nail olmaq üçün işlər bir neçə mərhələ üzrə aparılır.

Qeyd edək ki, şəhərin bəzi ərazilərində mikromobillik zolaqları təşkil edilsə də, həmin zolaqlar yalnız müəyyən kiçik bir əraziləri əhatə etdiyi və davamlı olmadığı üçün demək olar ki, istifadəsiz qalmışdı. Bu planda isə əsas məqsəd mikromobillik zolaqlarının cəlbetmə məntəqələri dediyimiz, insanların gündəlik olaraq daha çox səfər etdiyi əraziləri (metro stansiyaları, avtobus dayanacaq məntəqələri, təhsil müəssisələri, ictimai iaşə obyektləri, iri ticarət mərkəzləri, iş yerləri, ofislər və.s) əlaqələndirməsi və davamlı olmasıdır. Artıq 2023-cü ilin sonlarından etibarən “Konseptual Plan”ın icrası istiqamətində işlərə başlanılıb.

Layihənin birinci və ikinci mərhələləri üzrə 35 kilometrlik mikromobillik zolaqları salınır

Hazırda birinci və ikinci mərhələ üzrə 35 kilometr uzunluğunda mikromobillik zolaqları salınır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhərində ilk dəfə olaraq nizamlanan yol kəsişmələrində mövcud işıqfor dirəklərinin üzərinə 25 ədəd velosiped bölmələri quraşdırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov AZƏRTAC-a verdiyi açıqlamada qeyd edib ki, digər nəqliyyat vasitələrinin mikromobillik zolaqlarına daxil olmasının qarşısını almaq və mikromobillik istifadəçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə “bufer zona”lara 2000-dən artıq təhlükəsizlik sədləri yerləşdirilib: “Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Növbəti addımlarda planda əksini tapmış digər küçə və prospektlərdə də mikromobillik zolaqlarının salınması və həmin zolaqların bir-biri ilə əlaqələndirilmə prosesinin tamamlanması nəzərdə tutulur”.

Onun sözlərinə görə, ötən il ilk dəfə Bakı şəhərində “Bikesharing” dediyimiz velosipedlərin kirayəsi xidməti fəaliyyətə başlayıb.

“Bu sistemin əsas üstünlüklərindən biri odur ki, insanlar velosipedləri kirayə götürdükləri məntəqələrə deyil, səfər etdikləri əraziyə ən yaxın məsafədə yerləşən parklanma məntəqələrinə təhvil verə bilirlər. Bunun üçün, AYNA tərəfindən 70 məntəqədə velosiped konstruksiyaları quraşdırılıb, həmin parklanma məntəqələrinə velosipedlərin kirayə qaydalarını özündə əks etdirən məlumat lövhələri yerləşdirilib. Yaxın günlərdə bu tip parklanma məntəqələrinin sayı daha da artırılacaq”, - deyə Coşqun Məmmədov vurğulayıb.AYNA-nın şöbə müdiri qeyd edib ki, infrastrukturun qurulması ilə yanaşı, ötən il bu istiqamətdə mövcud qanunvericilikdə də təkmilləşdirmə işləri aparılıb: “Belə ki, daha öncə qanunvericilikdə velosiped yolları, onlardan istifadə qaydaları, velosipedçilərin və digər yol hərəkəti iştirakçılarının velosipedçilərə münasibətdə hüquq və vəzifələri barədə çox kiçik məlumatlar öz əksini tapıb. Mikromobillik vasitələrinin digər növləri barədə isə ümumiyyətlə hər hansı maddələr yox idi. Artıq edilmiş dəyişikliklərə əsasən “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanununa velosiped zolaqları, velosiped cığırları, velosiped yolları, kiçik elektrik nəqliyyat vasitələri, onların istifadəçilərinin hüquq və vəzifələri, operator kimi bir çox anlayışlar daxil edilib, mikromobillik vasitələri bir növ nəqliyyat vasitəsi kimi tanınıb. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində velosiped yollarına digər nəqliyyat vasitələrinin daxil olmasına, parklanmasına, mikromobillik istifadəçilərinin yol hərəkəti qaydalarını pozmasına, operatorların göstərilmiş tələblərdən kənar fəaliyyətinə görə inzibati tənbeh tədbirləri nəzərdə tutulub”.

Mikromobillik zolaqları dünyanın bir çox şəhərlərində mövcuddur

AYNA tərəfindən təşkil edilmiş mikromobillik zolaqları “Pop up” tipli mikromobillik zolaqları adlandırılır ki, burda söhbət mövcud zolaqların ölçülərinin standartlara uyğunlaşdırılaraq, yolun kənarında ayrılmış mikromobillik zolaqlarının təşkilindən gedir. Bu təcrübə, İspaniyanın Barselona, Portuqaliyanın Braqa, ABŞ-ın Nyu-York, Mayami kimi bir çox şəhərlərdə mövcuddur. Bakı şəhərində mikromobillik zolaqları təşkil edilmiş əksər küçə və prospektlərdə mikromobillik zolaqları digər zolaq sayları sabit saxlanılmaqla təşkil edilib.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev AZƏRTAC-a açıqlamasında bildirib ki, mobilliyin transformasiyası çərçivəsində ötən il şəhər küçələrində bir sıra işlər görülüb.

“Belə ki, şəhər üçün yeni olan mikromobillik zolaqları çəkilib. İlkin olaraq 35 kilometrlik şəbəkə formalaşdırılıb. Bu şəbəkə təkmilləşdirilir, yaxın dövr ərzində bunun 100 kilometrə çatdırılması hədəflənir. Mobillik layihəsində kiçiktəkərli nəqliyyat vasitələri olan velosiped və skuterlər də nəzərə alınıb. Xüsusi yol nişanları, zolaqlar arasındakı bufer zonalarda təhlükəsizlik sədləri quraşdırılıb. Bundan başqa, velosiped və skuterlər üçün parklanma yeri salınıb”, - deyə ekspert bildirib.

Ekspertin sözlərinə görə, bütün bunlara baxmayaraq bəzən ənənəvi nəqliyyat vasitələrinin mikromobillik zolaqlarını zəbt etməsi müşahidə olunur: “İnsanların təhlükəsiz mobil nəqliyyat vasitələrindən istifadəsi üçün cərimələr sərtləşdirilməlidir. Velosiped və skuterlərdən geniş istifadə şəhər yollarında ciddi alternativ formalaşdırır. Yəni əvvəllər insanlar avtomobildən, avtobusdan və taksidən asılı idilərsə bu gün qısa məsafəni mikromobillik vasitələri ilə qət edə bilərlər. İlkin olaraq şəhərin mərkəzində bu növ zolaqlar müşahidə olunur. Göründüyü kimi şəhərin həm qərbində, həm şərqində, həm də mərkəzində bu növ zolaqlara rast gəlmək mümkündür”.

Ciddi investisiya tutumlu böyük layihə

Bu günədək ümumilikdə 20-dən çox ciddi investisiya tutumlu layihə “rəqəmsal əkiz” üzərində simulyasiya edilib və elmi cəhətdən əsaslandırılmış nəticələr əldə olunub. Ötən dövr ərzində xidmətlərin elektronlaşdırılması, eyni zamanda bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində vacib addımlar atılıb. “BakıKart”, “Azparking”, “Biletim.az” mobil tətbiqləri, həmçinin AYNA İnformasiya Sisteminin bir neçə alt sistemi istifadəyə verilib. Artıq mobillik proqramının ilkin müsbət nəticələri də müşahidə edilir. Belə ki, taksi sahəsində aparılan islahatlar nəticəsində Bakı şəhərində taksi səfərlərinin sayı azalıb.

Mobilliyin təmin edilməsi üçün atılan addımlardan biri də parklanma yerlərinin düzgün təşkil edilməsidir. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması istiqamətində görülən işlər çərçivəsində ictimai nəqliyyatın əlçatanlığının təmin olunması üçün də vacib tədbirlər görülür. AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib, xətlərdə avtobus sayı gündəlik nəzarətə götürülüb, avtobusların hərəkətində fasiləsizlik təmin edilir. Avtobuslar üçün xüsusi zolağın ayrılması yolların buraxılış qabiliyyətini dəfələrlə artırır. Hərəkət iştirakçılarının xüsusi avtobus zolaqlarının tələblərini yerinə yetirməsi nəticəsində avtobusların orta sürət həddinin artdığı müşahidə edilir. Xüsusi hərəkət zolaqlarının təşkil edilməsindən sonra avtobusların son dayanacağa çatma müddəti ciddi şəkildə qısalıb.

Yeni çağırışlar müasir şəhər mühitinin daha çox vətəndaşyönümlü olması, mikromobillik vasitələrindən istifadəyə təşviq edilməsidir. Bu tendensiyalar nəzərə alınaraq, mikromobilliyin inkişaf etdirilməsi əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Piyadaların hərəkəti üçün müvafiq infrastrukturun yaradılması istiqamətində də işlər davam etdirilir.

Mikromobilliyin əhəmiyyəti

Bakı şəhərində operatorlar tərəfindən 4760 ədəd mikromobillik vasitəsi icarəyə verilir. AYNA-dan AZƏRTAC-a bildirilib ki, sentyabr-dekabr ayları ərzində operatorlar tərəfindən 850 944 sifariş qəbul edilib. Bundan başqa, mikromobillik vasitələri ilə 2 milyon 244 min 302 kilometr məsafə qət edilib. Qısa məsafələrdə alternativ nəqliyyat vasitələrindən istifadə edilib. Qeyd edək ki, mikromobilllik şəbəkəsinin genişləndirilməsi ümumilikdə şəhərdə vətəndaşların mobilliyini artırır. Bununla yanaşı ekoloji mühitə və əhalinin sağlamlığına müsbət təsir edir və mikromobillikdən istifadə şəhər mərkəzində avtomobillərdən istifadəni və sıxlığı azaldır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb