BALAKƏNDƏ BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜNƏ HƏSR OLUNMUŞ YARIŞLAR KEÇİRİLMİŞDİR
Balakən, 5 mart (AZƏRTAC). Bədən tərbiyəsi və idman günü Balakəndə də müxtəlif idman tədbirləri ilə geniş qeyd olunmuşdur.
Rayon gənclər və idman idarəsindən bildirmişlər ki, tədbirlər planına uyğun olaraq, martın 4-5-də şəhərdəki 2 nömrəli orta məktəbin zalında idman gimnastikası üzrə rayon birinciliyi keçirilmişdir. Qələbə uğrunda 18 gimnast mübarizə aparmışdır.
Qazma kənd orta məktəbinin idman zalında 23 idmançının iştirakı ilə keçirilən stolüstü tennis üzrə birinciliyə də martın 5-də yekun vurulmuşdur. Bundan əlavə, əlamətdar bayram münasibətilə məktəblər arasında futbol üzrə rayon birinciliyi də keçirilir. 12 komandanın iştirak etdiyi birincilik martın 9-da başa çatacaqdır.
Bədən tərbiyəsi və idman günü ilə əlaqədar martın 5-də YAP rayon təşkilatının qərargahında idman ictimaiyyəti ilə görüş olmuşdur. Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından danışmış, 2008-ci ildə rayonun idman həyatında baş verən yeniliklərdən, idmançıların respublika və beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlardan, qarşıda duran vəzifələrdən söhbət açmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]