Baş Prokurorluğun rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, prokurorluq əməkdaşları Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla anıblar.