Basketbol üzrə Türkiyə millisi Avropa çempionatında 1/8 finala yüksəlib
Bakı, 31 avqust, AZƏRTAC
Kişi basketbolçuları arasında Avropa çempionatında III turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, A qrupunda yer alan Türkiyə millisi üçüncü matçında Portuqaliya ilə üz-üzə gəlib.
Riqa şəhərində yerləşən eyniadlı arenada oynanılan görüş "ay-ulduzlular"ın 95:54 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Türkiyə seçməsi 1/8 finala vəsiqəni təmin edib.
Ergin Atamanın baş məşqçisi olduğu kollektiv bundan əvvəl Latviyanı 93:73, Çexiyanı isə 92:78 hesabı ilə üstələyib.
Qeyd edək ki, Avropa çempionatına Kipr, Finlandiya, Polşa və Latviya ev sahibliyi edir. Turnirə sentyabrın 14-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]