BƏDİİ GİMNASTİKA ÜZRƏ AVROPA ÇEMPİONATINDA 32 ÖLKƏNİN İDMANÇILARI İŞTİRAK EDƏCƏKDİR
Bakı, 5 may (AZƏRTAC). Mayın 15-də Bakıda bədii gimnastika üzrə Avropa çempionatına start veriləcəkdir. Çempionatda dünyanın 32 ölkəsindən 200-dən çox idmançı iştirak edəcəkdir. Fərdi yarışlarda 31 ölkənin gimnastları, qrup komandalarının yarışlarında 17 ölkənin nümayəndələri çıxış edəcəklər.
Çempionatın ilk günündə ayrı-ayrı alətlərlə (ip, halqa, top və lent ilə) fərdi çıxışlarda ən güclü gimnastlar müəyyən ediləcək, ertəsi gün - mayın 16-da ümumi komanda birinciliyi yarışları keçiriləcəkdir.
Elə həmin gün yeniyetmələrdən ibarət qrup kollektivləri arasında təsnifat yarışları keçiriləcək, mayın 17-də isə beş final: ayrı-ayrı alətlərlə fərdi yarışlarda dörd final, lent ilə qrup hərəkətlərində bir final olacaqdır.
Avropa çempionatının sonunda qitənin ən yaxşı gimnastlarının iştirakı ilə qala-konsert keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]