Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrdə dezinfeksiya işləri aparılıb
Bərdə, 12 mart, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün aparılan dezinfeksiya işləri başa çatdırılıb.
İdarədən AZƏRTAC-ın müxbirinə bildiriblər ki, dezinfeksiya işləri Mingəçevir və Yevlax şəhərlərində, Bərdə və Tərtər rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrində, eləcə də uşaq musiqi və incəsənət məktəbində aparılıb. İdarənin tabeliyində olan bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb, mədəniyyət müəssisələrində kütləvi tədbirlər tam məhdudlaşdırılıb.
Dezinfeksiya işləri növbəti günlərdə də davam etdiriləcək.