Bərdədə Aqro İnformasiya Mərkəzinin təşəbbüsü ilə ekoloji aksiya keçirilmişdir
Bərdə, 6 dekabr (AZƏRTAC). Aqro İnformasiya Mərkəzinin (AİM) təşəbbüsü ilə Bərdə rayonunun Kələntərli kəndində “Kəndimiz evimizdir” devizi altında ətraf mühitin mühafizəsinə dair tədbir keçirilmişdir. Məqsəd əhalinin diqqətini ətraf mühitin qorunmasına yönəltmək, ərazidə yaşıllıqların salınmasına və məişət tullantılarının təmizlənməsinə nail olmaq idi.
AİM-dən AZƏRTAC-a bildirmişlər ki, ekoloji tədbirdə Kələntərli kənd məktəbinin kollektivi, bələdiyyə və kənd icra nümayəndəliyi, gənclər iştirak etmişlər.
Aksiya zamanı kəndin girəcəyindəki yol kənarlarına sərv, şam, xan çinar və həmişəyaşıl kollar əkilmişdir.
Tullantıların idarə olunması ilə bağlı təqdimatdan sonra kənddə yığılan məişət tullantıları toplanaraq mütəxəssislərin iştirakı ilə kompost (təbii gübrə) hazırlanmışdır.
Gənclərin iştirakı ilə ekoloji mövzuda rəsm müsabiqəsi keçirilmiş, qaliblər AİM tərəfindən mükafatlandırılmışlar.
Bu kimi tədbirlərin gələcəkdə digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]