BERTİ FOQTS: “AYTNRAXT”LA OYUN FUTBOLÇULARIM ÜÇÜN YAXŞI DƏRS OLDU
Bakı, 5 mart (AZƏRTAC). Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts komandasının Almaniyanın “Aytnraxt” klubu ilə yoldaşlıq görüşünə münasibətini bildirmişdir. AFFA-nın saytına müsahibəsində mütəxəssis futbolçuların oyunundan razı qaldığını söyləmişdir. “Ayntraxt”a qarşı oyun mənim üçün o qədər də vacib deyildi. Amma buna baxmayaraq oyunun nəticəsi məni qane etdi. Çünki, birinci hissənin ilk 20 dəqiqəsindən sonra komandam yaxşı, təşkilatlanmış futbol oynadı. Yığmanın üzvlərinə Bundesliqada çıxış edən futbolçulara qarşı oynamaq vacib idi. Çünki Küveyt və Özbəkistanla görüşlərlə müqayisədə oyunun tempində böyük fərqlər var idi. Hesab edirəm ki, bu oyun futbolçularım üçün yaxşı dərs oldu.”
Bununla belə, Foqts yetirmələrinin sürətli futbol oynamağa hələ hazır olmadıqlarını söylədi. “Hazırkı məqamda onlar bu cür oyunlara tam hazır deyillər. Növbəti təlim-məşq toplanışı martın 16-dan 19-na qədər Bakıda keçiriləcək. Hesab edirəm ki, həmin toplanışdan sonra onlar buna hazır olacaqlar.”
Xatırladaq ki, Azərbaycan yığması ilə “Ayntraxt” klubu arasında yoldaşlıq görüşündə Almaniya təmsilçisi 1:0 hesabı ilə qələbə qazanmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]