“Beşiktaş” - çempion!
Bakı, 15 may, AZƏRTAC
2015-16-cı mövsüm üçün Türkiyə superliqasının qalibi müəyyənləşib. “Beşiktaş” Türkiyədə çempion oldu.
AZƏRTAC bildirir ki, bu gün öz meydanında “Beşiktaş” “Osmalıspor”a qalib gələrək çempionluğu təmin edib. Bu, komandanın 14-cü çempionluğu olub.
“Fənərbaxça” da növbəti matça çıxıb. İstanbul təmsilçisi “Gənclərbirliyi”nə qalib gəlsə də, bu, heç nəyi dəyişməyib. Oyunlardan sonra çempionatın bitməsinə 1 tur qalmış “Beşiktaş”la ikinci pillədəki “Fənərbaxça” arasında 6 xallıq fərq yaranıb (müvafiq olaraq, 79 və 73).
“Beşiktaş” - “Osmanlıspor” - 3:1
Qollar: Marselo, 21 (1:0), 24 (2:0), Mario Qomez, 48 (3:0), Pierre Vebo, 74 (3:1)
“Fənərbaxça” - “Gənclərbirliyi” - 2:1
Qollar: Robin van Persi, 38 (1:0), Sərdar Güller, 61 (1:1), Robin van Persi, 75 (2:1)
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]