Biləsuvar şəhər mərkəzinin və 4 kəndin qaz təchizatında fasilə yaranıb
Bakı, 6 yanvar, AZƏRTAC
Lənkəran Regional Qaz İstismarı İdarəsindən daxil olan məlumata əsasən, Biləsuvar xidmət sahəsi ərazisində yerləşən, Biləsuvar QPS-dən qidalanan PE -225 millimetrlik qaz xətti kənar şəxslər tərəfindən qazıntı işləri aparılarkən zədələnib.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, nəticədə QPS-dən qidalanan şəhər xətti istiqamətində Biləsuvar şəhərinin bir hissəsinin, Əliabad, Zəhmədabad, Xırmandalı və Bəydili kəndlərinin qaz təchizatında dünən saat 21:00-dan etibarən müvəqqəti fasilə yaranıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb
- 15.10.2026 [13:02]