“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfə artıb
Bakı, 5 iyun, AZƏRTAC
Bu ilin 5 ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 259 min 172 bilet əldə edilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çoxdur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, sərnişinlər səfərlərini reallaşdıran zaman onlayn bilet alışına daha çox üstünlük verirlər.
Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 326 reys olmaqla 373 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Bayram ərəfəsində və istirahət günlərində vətəndaşların daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaları üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]
Masallının iki kəndinin yolları təmir olunub VİDEO
- 29.09.2026 [17:20]