BİR KİLOQRAMDAN ÇOX HEROİN GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Narkotiklərlə Mübarizə Baş İdarəsinin cənub bölgəsində regional şöbəsi və Lənkəran Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində Lənkəran sakini, əvvəllər məhkum olunmuş Azad Babayevdən 1 kiloqram 230,12 qram heroin götürülmüşdür.
Narkotiklərlə Mübarizə Baş İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin işçiləri Bakı şəhər sakini Cəlil Cəbrayılovdan 2,152 qram heroin, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları isə Qırx Çıraq kənd sakini Fazilə Tağıyevanın evindən 180,42 qram çətənə bitkisi aşkar etmişlər.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]