Birinci divizionun qalibinə qızıl medallar və kubok təqdim olunub
Bakı, 14 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan birinci divizionunun qalibi “Neftçala” klubuna qızıl medallar və kubok təqdim olunub.
AZƏRTAC xəbər verir ki, 26-cı turun “Neftçala”-“Energetik” (10:0) görüşündən sonra qalib komanda qızıl medallarına qovuşub. Kuboku və qızıl medalları qalibə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.
R.Musayev “Neftçala”nı birinci divizionun qalibi olması münasibətilə təbrik edib, kluba öz arzularını bildirib.