Birinci yarımillikdə sənaye zonaları və aqroparklarda görülmüş işlər müzakirə edilib
Bakı, 28 iyul, AZƏRTAC
İyulun 28-də İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, iclasda 2023-cü ilin birinci yarısında sənaye zonaları və aqroparklarda görülmüş işlər müzakirə edilib, əldə olunmuş nəticələr və hazırda Agentlikdə baxılmaqda olan layihələr barədə məlumat verilib.
Tədbirdə, həmçinin Agentliyin fəaliyyətinin təşkili, cari ilin ikinci yarımilliyi üçün qarşıya qoyulmuş məqsədlər barədə fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:10]
Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb
- 29.09.2026 [13:34]