Birləşmiş Ərəb Əmirliklərində koronavirusa yoluxanların sayı 85 nəfərə çatıb
Qahirə, 12 mart, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirusa yoluxanların sayı 85-ə çatıb.
AZƏRTAC xəbər verir ki, BƏƏ-nin Səhiyyə Nazirliyi sutka ərzində daha 11 nəfərin bu təhlükəli virusa yoluxduğunu bildirib.
Nazirliyin məlumatında qeyd olunub ki, koronavirusa son yoluxanlar arasında İtaliya, habelə Monteneqro, Kanada, Almaniya, Filippin, Pakistan, Rusiya, Böyük Britaniya vətəndaşları var. Xəstələrin vəziyyətinin sabit olduğu bildirilir.
BƏƏ-nin ən çox turist qəbul edən Şarjah, Dubay və Əbu-Dabi aeroportlarında nəzarət tədbirləri gücləndirilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]