Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birləşmiş Ərəb Əmirliklərinə - ekstremal əyləncə dalınca

Bakı, 5 fevral, AZƏRTAC

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi istirahət və əyləncə təklif edən ölkələr azdır. Burada hər şey var - ilboyu nəvazişli dəniz, möcüzəli iqlim, urbanistik möcüzələrlə yanaşı gözəl təbiət, yüksək mədəniyyət və dövlətin zəmanət verdiyi təhlükəsizlik. BƏƏ-yə növbəti dəfə yola düşəndə sanki burada hər şeyi görmüş, bütün əyləncələrin ləzzətini dadmış adam kimi özünü daha nə ilə əyləndirmək barədə düşünürsən. Lakin bu nağıllar diyarına hər səyahət əvvəlkinə bənzəməyən nadir macəraya çevrilir.

Elə bu dəfə də biz fotoqrafla adi əyləncələr, o cümlədən dünyanın ən dəbdəbəli oteli Burc Əl-Ərəbə, Kəpənəklər Parkına ekskursiya və ya Dubay akvariumunda susamurları ilə ünsiyyətlə yanaşı, tam ekstremal əyləncəyə də qatıldıq. Dubayda süni Palma adası üzərindən paraşütlə düşmək, yaxud Abu-Dabidə süni dağ çayının coşqun sularında raftinq Sizin üçün necədir? Bütün bunlar bizim çox xoşumuza gəldi və əminəm ki, siz də bunu dəyərləndirəcəksiniz! Beləliklə, bu və digərləri haqqında reportajımızı təqdim edirik.

Yeni tramvay nümunəsi və kəpənəklərdən portret

Teatr asılqandan başladığı kimi, istənilən azacıq da olsa uzaq məsafəyə səfər təyyarədən başlayır. Bu dəfə biz “flydubai” şirkətinə məxsus təyyarəyə mindik, “ekonom” və “biznes sinif” xidmətlərinin gözəl imkanlarını müqayisə edə bildik. Dubaya “ekonom”, geriyə isə “biznes sinif”də uçduq. Bundan əvvəl, 2014-cü ildə “flydubai” aviaşirkətinin xidmətlərindən istifadə etmişəm və “ekonom sinfin” texniki təchizatına və servis səviyyəsinə heyran olmuşam. Təyyarədə siz rusdilli heyətlə qarşılaşırsınız, hər sərnişin kreslosunun qarşısında quraşdırılmış sensorlu HD ekranının menyusunda isə rus dilini seçmək opsiyası var. Bu displeyin köməyi ilə virtual mağazadan bazarlıq etmək və ya geniş əyləncə sistemindən rus dilində filmlər, seriallar və musiqi seçmək olar. “Ekonom sinif”də sistemə giriş cüzi ödəniş etməklə reallaşır, “biznes sinif”də isə bu xidmət biletin qiymətinə daxildir. Əgər əvvəlcədən yemək haqqında düşünməmişsinizsə, bunu salonda sifariş etmək olar. Sən demə, “flydubai” “ekonom sinfi”nə bilet alarkən azacıq əlavə pul ödəməklə uçuş vaxtı isti yemək və içkilərlə tam təmin olunacaqsınız.

Dubaya son səfərimizdən sonra burada çox maraqlı şeylər yaradılıb. Məsələn, BƏƏ-də ilk və Yaxın Şərqdə ən müasir tramvay xətti çəkilib. Tramvay xətti şəhərin qərb hissəsində “Palm Jumeirah” süni adasından keçir. Xəttə 11 stansiya daxildir. Onlardan ikisində - “Dubai Marina” və “Jumeirah Lakes Towers” stansiyalarında düşüb metroya minmək olar. Çox rahatdır. Bundan başqa, tramvay xətti “Palm Jumeirah” adasına aparan monorelsə inteqrasiya olunub. Tramvayda gediş haqqı 3-4 dirhəmdir, ödəniş metro kartı ilə edilir. Tramvay rekordlara da imza qoyub. Məsələn, Dubay tramvayı Avropa sərhədlərindən kənarda təhlükəsizliyi gücləndirmək məqsədilə güc kabellərinin tam torpağın üstündə çəkildiyi ilk tramvaydır. Həmçinin, bu tramvay vaqon və platformada qapıların eyni vaxtda açılması mexanizmi ilə təchiz edilib. Daha bir maraqlı xəbər isə 2015-ci ildə Dubayda dünyanın ən böyük Kəpənəklər parkı, elmi dildə desək insektarium açılmasıdır.

Kəpənəklər parkı Dubaylend rayonunda məşhur “Dubai Miracle Garden” Gül bağı ərazisində yerləşir. Mövsümi - oktyabr-aprel aylarında işləyən Gül bağından fərqli olaraq, insektarium ilboyu açıqdır. “Dubai Miracle Garden” kompleksinin direktoru Abdel Naser Raxalın sözlərinə görə, Kəpənəklər parkı 3 istiqamətdə - əyləncə, maarifləndirici və elmi istiqamətdə fəaliyyət göstərir. Parkda 14-26 gün ömrü olan zərif həşəratlar üçün temperaturun optimal nisbəti saxlanılır. Kəpənəklər bura gələnlərin başı üzərində sərbəst uçuşur, onların əllərinə və geyimlərinə qonurlar. Hər pavilyonda oturmaq və kəpənəkləri müşahidə etmək üçün köşk quraşdırılıb. Ətrafda çoxlu yaşıllıq, çiçəklər var, quşlar cəh-cəh vurur, bir sözlə, yay ab-havası hökm sürür.

Maraqlıdır ki, ölən həşəratları atmayıb, “işə” qoşurlar. Məsələn, parkda kəpənəkdən hazırlanmış müxtəlif şəkillər, o cümlədən BƏƏ-nin Prezidentinin, Dubay və Abu-Dabi əmirlərinin portretlərini görmək olar. Kəpənəklər parkı hər gün saat 9:00-dan 17:30-dək işləyir. Yeri gəlmişkən, kəpənəklər 13:00-14:00 arasında daha fəal olurlar. Parka biletin qiyməti 50 dirhəmdir (təxminən 13 dollar). Kəpənəklər parkına və “Miracle Garden”ə ekskursiyanı birləşdirmək olar. Sonuncuya giriş haqqı 30 dirhəmdir. Üç yaşınadək uşaqlara giriş pulsuzdur.

Gözəl yaşamağı qadağan etmək olmaz - pul xərcləyin, istədiyiniz kimi əylənin

Yəqin ki, çoxları yelkən formasında olan məşhur “Burj Al Arab Jumeirah” oteli haqqında eşidib. 1999-cu ildə açılan bu otel Dubayın rəmzlərindən birinə çevrilib. Hündürlüyü 321 metr olan 69 mərtəbəli bina hər kəsi heyrətə gətirir. Lakin dünyanın ən dəbdəbəli otelində istirahət etməyin nə dərəcədə qeyri-adi olduğunu ancaq müsafirlər başa düşə bilərlər. Bu oteldə qalmaq bizə qismət olmadı, lakin “Jumeirah” şirkətinin müdiri bizim üçün otelə ekskursiya təşkil etməyə razılıq verdi.

Maraqlıdır ki, oteldə standart nömrələr yoxdur, “Burj Al Arab”da olan 202 nömrənin hamısı 2 mərtəbəli lyuks nömrələrdir. Qeydiyyatı birbaşa nömrədə etmək mümkündür. Otelin bütün nömrələrinin özəlliyini körfəzə baxan divarboyu pəncərələr təşkil edir. “Burj Al Arab Jumeirah” otelinin atrium vestibülü isə dünyada ən hündür (180 metr) hesab olunur. Xırdaçılıq etməmək üçün biz dərhal ümumi sahəsi 780 kvadratmetr olan, iki yataq otağından ibarət kral nömrəsinə getdik. Hər şey olduqca təmtəraqlı, möhtəşəmdir. Ətrafda nə varsa qızıl suyuna (hətta televizorun korpusu da) çəkilib. Məxmər, qırmızı ağac, qiymətli xalçalar, qonağın arzusu ilə çarpayıların üzərində bəzəkli talvarın fırlanması... Unitaz və əlüzyuyan qızıldan deyil, adi materialdandır. Vanna mərmərdəndir, tualet ləvazimatı “Hermes” brendinə aiddir.

Belə məkanda qalmağı arzu etsəniz, təxminən 28 min dollar ödəməyə hazır olmalısınız. Lakin bu oteldə daha əlyetərli, məsələn, gecəsi təxminən 1500 dollar olan nömrələr var. Bu məbləğ bütün nömrələri lyuks olan 5 ulduzlu, hətta dəfələrlə 7 ulduzlu adlandırılan otel üçün baha deyil.

Yeri gəlmişkən, oteldə nömrə götürmək bura gəlməyin yeganə yolu deyil. Məsələn, açıq terrası olan hovuzun yaxınlığında yerləşən “Bab Al Yam” restoranında şam yeməyi sifariş vermək olar. Adambaşına 460 dirhəm ödəyin və yeməkləri çox yüksək standartlara cavab verən “İsveç stolu”ndan zövq alın. Tam sərbəst olun və özünüzü evdəki kimi hiss edin!

Əfsanəvi otelə ekskursiyadan sonra biz daha bir qeyri-adi məkana - Dubay akvariumuna getdik. Özü də təkcə onun sakinlərinə baxmaq deyil, dəniz heyvanları ilə ünsiyyət proqramlarından birində iştirak etmək üçün getdik. Akvariumun tamaşaçılarına “yaxın təmas” üçün aşağıdakı variantlar təklif edilir: terrarium arxasında kütləsi 750 kiloqram, uzunluğu 5 metr olan timsaha baxmaq, dəniz skatlarını yemləmək və dəniz samuru ilə xüsusi ünsiyyətdə olmaq. Biz sadalanan heyvanlardan susamurunun daha sevimli və zərərsiz olduğunu güman edərək sonuncu variantı seçdik. Əslində bu elə düşündüyümüz kimidir - heyvanlar təlimçilərlə ipək kimidir, lakin onlara müstəqil toxunmağa cəhd etməyin - dərhal dişləyəcəklər.

Proqram məhdud dairə (5-6 nəfər) üçün şoudur. Bu zaman izləyicilərə susamurunun həyat tərzi və vərdişləri haqqında məlumat verilir, bu heyvanları (təlimçinin əmri üzrə) tumarlamaq və xatirə fotoşəkilləri çəkdirmək imkanı yaradılır. Bu cür proqramda iştirak etməyin qiyməti 200 dirhəmdir. Akvariuma və sualtı zooparka getmək də bu məbləğə daxildir.

Bu qəbildən olan əyləncə sizə ekstremal görünməsə, digər təklifdən istifadə edə bilərsiniz. Siz akvalanqda təlimçinin müşayiəti ilə və ya xüsusi qəfəsdə 33 min dəniz sakini olan akvariuma baş vurub orada akulaları və skatları müşahidə edə bilərsiniz. Bir sözlə, pul xərcləyin, istədiyiniz kimi əylənin.

Su ilə sınaq və ya burulğana baş vurmaq

Biz də ekstrimin düşməni deyilik və onun arxasınca Abu-Dabi əmirliyində, BƏƏ-nin paytaxtından və Dubaydan eyni məsafədə - təxminən 145 kilometrdə yerləşən Al-Ayn şəhərinə getdik. “Wadi Adventure” su əyləncələri parkı məhz burada yerləşir.

Etiraf edim ki, Al-Ayn şəhərinə ötən səfərimizi planlaşdıranda mən bu adla qarşılaşmış və səhvən güman etmişdim ki, bu akvapark “əyalət” əhəmiyyətlidir. Lakin parka budəfəki səfərimiz hər şeyi öz yerinə qoydu. Məlum oldu ki, “Wadi Adventure” ümumiyyətlə, akvapark deyil, Yaxın Şərqdə raftinq, kayakinq və serfinq üçün süni su axınına malik ilk parkdır. Buranı kral ailəsinə məxsus olan “Royal Group” şirkəti idarə edir.

Şəhərin görməli yeri olan Cebel Hafit dağının ətəyində böyük ərazidə yerləşən “Wadi Adventure” bir neçə dünya rekordunun sahibidir. Məsələn, parkda raftinq və kayakinqlə məşğul olmaq üçün dünyanın ən uzun süni çayı yaradılıb, uzunluğu 1,2 kilometrdir. “Wadi Adventure” parkının 3,3 metr hündürlüyündə süni dalğası olan hovuzu da dünyada ən böyük hovuzdur. Parkın ərazisində su əyləncələri ilə yanaşı, “hava” parkı (AirPark) da var. Arzu edənlər burada qayalara dırmaşmaqda qüvvələrini sınaya və ya kanat yoldan (Zip Line) istifadə edə bilərlər. Daha ənənəvi istirahət həvəskarlarına günəş vannasını qəbul etmək üçün açıq terrası olan hovuz, kafe və restoranlar təqdim edilir. Parkın ərazisində ticarət obyektləri var. Oradan xüsusi ayaqqabı, geyim, günəş şüalarından qoruyucu vasitələr və s. almaq olar.

“Wadi Adventure”nin baş direktoru Nileş Mistri bizə dedi ki, park 2012-ci ildən fəaliyyətə başlayandan bəri fəal istirahət və macəra həvəskarlarını özünə cəlb edib. Bura dünyanın hər yerindən idmançılar toplantı və məşqlərə gəlirlər, həftə sonu isə park BƏƏ-nin sakinləri və turistlərlə dolu olur. Hər kəs özünü raftinq və kayakinqdə sınaya bilər, bunun üçün peşəkar olmaq lazım deyil.

Raftinqlə məşğul olmaq üçün biz çimərlik geyimi və xilasetmə jiletləri geyindik. Ətraflı təlimatdan sonra biz üç nəfər üç süni çaydan ən “sakiti”ndə olan qayığa mindik. Qayıq növbəti su maneəsini aşanadək biz təlimatçının göstərişi ilə gah var gücümüzlə avar çəkdik, gah da müvazinətimizi saxlamağa çalışdıq. Belə maneələrin birində mən qayıqdan suya düşdüm. Təlimata əsasən belə anlarda ayaq üstə qalxmağa cəhd göstərmək lazım deyil. Yaxşı olar ki, tam boşalasan və arxası üstə uzanasan. O zaman məşqçi sizi qayığın içinə tez çəkər. Elə hər şey belə də oldu. Lakin baş verənlər mənim ikinci və ən təlatümlü üçüncü çayı keçmək arzularımı zəiflətdi. Lakin necə deyərlər, çünki oldun dəyirmançı...

Məlum oldu ki, nahaq yerə həyəcanlanırdım. Əyləncələrdən ən maraqlı və cəlbedicisi təlatümlü çaydan keçmək oldu. Güclü mühərriklər elə əsl dağ çayında olduğu kimi burulğanlar yaradırdı ki, avar çəkməyə ehtiyac qalmırdı, yalnız sərt keçidlərdə qayıqdan möhkəm yapışmaq lazım gəlirdi. Bir qədər sonra başa düşürsən ki, tarazlığı yaxşı saxlayanda raftinq adama heç nə ilə müqayisə olmayan ləzzət verir. Bu parka yenidən qayıtmağa dəyər!

 Х Х Х

 

Davamı olacaq…

Bizi digər ekstremal əyləncələr də gözləyirdi - axı məşhur “Palm Jumeirah” süni adası üzərindən paraşütlə tullanmaq, dünyanın ən böyük dağ-xizək kurortu “Ski Dubai”da xizək sürmək, yaxud “Ferrari World” attraksionlar parkında “Amerika təpəcikləri”ndə saatda 240 kilometr sürətlə şütümək hər gün qismət olmur. Bu və bir çox digər başqa şeylər barədə BƏƏ-yə səfərimizə dair növbəti reportajda söhbət açacağıq.

Emil Eyyubov

məxsusi olaraq AZƏRTAC üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır