BMT-nin Cenevrədəki mənzil-qərargahı təhlükəsizlik tədbirləri baxımından bağlanılıb
Bakı, 25 avqust, AZƏRTAC
Cenevrədə Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil-qərargahı yerləşən bina - Millətlər Sarayı təhlükəsizlik tədbirləri baxımından müvəqqəti bağlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə mənzil-qərargahda akkreditə olunan jurnalistləri təşkilatın Cenevrə şöbəsinin mətbuat xidmətinin rəhbəri Alessandra Velluççi məlumatlandırıb.
“Millətlər Sarayı təhlükəsizliklə bağlı yaranan vəziyyətlə əlaqədar müvəqqəti olaraq bağlanılıb. Bu məsələ BMT-nin təhlükəsizlik xidməti tərəfindən fəal şəkildə araşdırılır və tezliklə həllini tapacaq”, - deyə o, mətbuat təmsilçilərinə ünvanlandığı elektron müraciətdə bildirib.
Daha sonra mətbuat xidmətinin rəhbəri BMT-nin mənzil-qərargahında təhlükəsizliklə bağlı problemin aradan qaldırıldığını deyib. “Millətlər Sarayına aid məsələ həll olunub. Bütün giriş məntəqələri açıqdır”, - deyə o vurğulayıb. Problemin məhz nədən ibarət olduğu dəqiqləşdirilməyib.
BMT-nin Cenevrədəki mənzil-qərargahı dünya diplomatiyasının mərkəzlərindən biridir.
Millətlər Sarayı 1929-1938-ci illərdə tikilib. Sonralar dəfələrlə genişləndirilən kompleksin sahəsi hazırda 206 min kvadratmetrdən çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]