BMT Təhlükəsizlik Şurası Niger prezidentini dərhal azad etməyə çağırış edib
Bakı, 29 iyul, AZƏRTAC
BMT Təhlükəsizlik Şurası (TŞ) Nigerdəki hərbi çevrilişi kəskin şəkildə pisləyib, prezident Məhəmməd Bazumun dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edib.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 28-də keçirilən məsləhətləşmələrdən sonra qəbul edilən birgə bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Niger Respublikasının qanuni hökumətinin konstitusiyaya zidd olaraq dəyişdirilməsi cəhdlərini qətiyyətlə pisləyib. Şuranın üzvləri respublikanın demokratik yolla seçilmiş prezidenti Məhəmməd Bazumu qeyd-şərtsiz və dərhal azad etməyə çağırıb, onun, ailəsinin və hökumət üzvlərinin müdafiəsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, iyulun 26-da Prezident Qvardiyası Nigerdə qiyam qaldıraraq ölkə başçısı Mohamed Bazumu həbs edib. Qiyama 2011-ci ildə sabiq prezident Mohamed İssufu tərəfindən Prezident Qvardiyasının komandanı təyin edilən ordu generalı Abdurahman Çiani rəhbərlik edib. O, hərbi çevrilişin üçüncü günü özünü “Vətənin Müdafiəsi üzrə Milli Şuranın prezidenti” elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]
Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb
- 12.06.2026 [16:10]
Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər
- 12.06.2026 [15:59]
Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir
- 12.06.2026 [15:59]