BOKS ÜZRƏ DÜNYA ÇEMPİONATI ABŞ-DA KEÇİRİLƏCƏKDİR
Beynəlxalq Həvəskar Boks Federasiyası (AİBA) 2007-ci ilin dünya boks çempionatını keçirmək hüququnu Birləşmiş Ştatlara vermişdir. AZƏRTAC xəbər verir ki, bu məlumatı Assoşieyted Press Agentliyi AİBA-nın mətbuat xidmətinə istinadla yaymışdır.
ABŞ Həvəskar Boks Federasiyası və Milli Olimpiya Komitəsi birinciliyin keçiriləcəyi tarixi və yeri sonra açıqlayacaqdır. Lakin gözlənildiyinə görə, dünya çempionatı oktyabrda keçiriləcəkdir.
Çempionat sentyabrın 15-30-da Moskvada keçirilməli idi, lakin sonra AİBA rəhbərliyi Rusiya Boks Federasiyasının müəyyən tələbləri yerinə yetirmədiyini əsas gətirərək, Moskvanı birinciliyi keçirmək hüququndan məhrum etmişdir.
2008-ci il Pekin Olimpiadasına ilk təsnifat turniri olan qarşıdakı dünya çempionatında 100 ölkədən təxminən 600 boksçunun iştirak edəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]