Bakı, 13 iyul, AZƏRTAC
Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi iyul ayının 14-ü tarixinə nəzərdə tutulub.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.