BÖYÜK BRİTANİYADA NƏŞR OLUNAN “ODLAR YURDU” VƏ “ARAZ” QƏZETLƏRİNİN MART NÖMRƏLƏRİ ÇAPDAN ÇIXMIŞDIR
Bakı, 21 mart (AZƏRTAC). Böyük Britaniyada nəşr olunan Azərbaycan qəzetləri - “Odlar yurdu” və “Araz”ın mart nömrələri çapdan çıxmışdır.
Londondakı Azərbaycan Gənclər Klubundan bildirmişlər ki, “Araz” qəzetinin yeni sayında Böyük Britaniyadakı soydaşlarımızın Novruz bayramını necə qeyd etmələri, Londonda təşkil edilmiş “Suneise in Baku” moda sərgisi, Azərbaycan Evindəki yeniliklər və digər hadisələrlə bağlı materiallar vardır. Bundan başqa, qəzetin bu sayında Böyük Britaniyada yaşayan azərbaycanlı musiqiçi Məhəmməd Ansari ilə maraqlı müsahibə, “Qonaq” rublikasında isə yeni bir azərbaycanlı ailənin Böyük Britaniya həyatı haqqında məqalələr əksini tapmışdır.
“Odlar yurdu” qəzetinin mart buraxılışında Azərbaycanda keçirilmiş referendumla bağlı məqalə, Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərovla müsahibə, həmçinin Böyük Britaniyada baş verən maraqlı və qeyri-adi hadisələr haqqında materiallar vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]