Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə 8 peşə məktəbinin açılması nəzərdə tutulub
Bakı, 28 iyul, AZƏRTAC
Ölkə üzrə peşə təhsili müəssisələrinin sayı artırılır.
AZƏRTAC xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Bakı, İsmayıllı, Gəncə və Bərdədə peşə təhsili müəssisələri fəaliyyət göstərir.
Ceyhun Kərəmov bildirib ki, cari ildə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi və Lənkəran Peşə Liseyinin açılışı nəzərdə tutulur: “Həmçinin Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə Kəlbəcər, Laçın, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda ümumilikdə 8 peşə təhsili müəssisəsinin açılması nəzərdə tutulub. 2026-cı ilədək isə Tovuz Peşə Liseyi, Qax Peşə Liseyi, Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi, Quba Peşə Liseyi və Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsili Mərkəzinin açılışı nəzərdə tutulur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]
Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır
- 29.09.2026 [16:20]
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq
- 29.09.2026 [15:50]