Bu gün UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə start veriləcək
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşehir” klubu İstanbulda Danimarkanın “Kopenhagen” komandasını qəbul edəcək. Xəbər verdiyimiz kimi, “Sevilya” (İspaniya) - “Roma” (İtaliya) və “İnter” (İtaliya) - “Xetafe” (İspaniya) oyunları UEFA tərəfindən təxirə salınıb.
Günün digər görüşləri isə aşağıdakılardır:
“Ayntraxt” (Frankfurt, Almaniya) - “Bazel” (İsveçrə);
LASK (Avstriya) - “Mançester Yunayted” (İngiltərə);
“Olimpiakos” (Yunanıstan) - “Vulverhempton” (İngiltərə);
“Qlazqo Reyncers” (Şotlandiya) - “Bayer” (Leverkusen, Almaniya);
“Volfsburq” (Almaniya) - “Şaxtyor” (Donetsk, Ukrayna).
Səkkizdəbir final mərhələsinin cavab görüşləri martın 19-da olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]