İQTİSADİYYAT
“Buta Airways” əl yükünün daşınması qaydalarına dəyişiklik edib
Bakı, 12 mart, AZƏRTAC
Sərnişinlərin çoxsaylı xahişlərini nəzərə alaraq və göstərilən xidmətlərin səviyyəsini artırmaq məqsədilə Azərbaycanın aşağıbüdcəli “Buta Airways” aviaşirkəti martın 12-dən etibarən aviaşirkətin reysləri ilə əl yükünün daşınması qaydalarında dəyişiklik edib.
Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, aviadaşımalara dair yeni qaydalara əsasən, hər sərnişin hava gəmisinin göyərtəsinə əlavə ödənişsiz əşya qismində üç ölçünün cəmi üzrə ölçüləri 75 santimetrdən (30x35x10sm) artıq olmamaq şərtilə istənilən tipdə (idman çantası, bel çantası və sair) əl yükü götürə bilər. Əl yükünün çəkisi ilə bağlı məhdudiyyətlər nəzərdə tutulmayıb.
Əl yükünün yeni qaydalara uyğunluğunu yoxlamaq üçün bütün uçuş hava limanlarında “Buta Airways” aviaşirkətinin qeydiyyat masalarının yanında xüsusi “trafaret” – baqajın ölçülərini yoxlamaq üçün metal konstruksiya quraşdırılıb.
Qeyd edək ki, əvvəllər əlavə ödənişsiz əl yükü kimi yalnız qadın əl çantası və ya kişi portfeli qəbul olunurdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]