Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bütün qəlbimiz və ruhumuzla sevirik
(Ümummilli lider Heydər Əliyevin xatirəsi qarşısında baş əyirik)

Bütün qəlbimiz və ruhumuzla sevirik(Ümummilli lider Heydər Əliyevin xatirəsi qarşısında baş əyirik)

Səmanın maviliyinin dənizin maviliyi, tər yarpaqların zümrüd rəngi, al qızılgüllərin və zanbaqların gözəlliyi ilə çulğalaşdığı may günlərində həyat enerjisinin coşqunluğu Azərbaycanı sanki milli üçrəngli bayrağımıza bürüyür, xəfif bahar mehi protokol və yuvarlaq tarixlər təqvimini bir-bir vərəqləyir. İnsanların ən işıqlı duyğularının və təbiətin tam harmoniyasının Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin doğum gününü salamladığı bir vaxtda quru rəsmilik qəbuledilməzdir.

Təəssüf ki, bu Gün hələ dövlət tarixləri reyestrinə daxil edilməyib, lakin xalqın yaddaşına nə artıq istirahət günləri, nə də dəqiq “remaynderlər” lazımdır. Biz Heydər Əliyevin xatirəsini ehtiramla anır, qəlbən xatırlayır və mənən səcdə edirik, çünki o, xeyir və şər, nəciblik və bayağılıq, saf məhəbbət və soyuqqanlı mənfəət, xeyirxahlıq, insaniyyət və amansızlıq arasında əbədi mübarizənin mütləq qalibi olub. Heydər Əliyev həmişə əmin idi ki, “şərəfli və ya şərəfsiz olmağı, şəxsi mənafe güdməyi və ya ictimai borca sadiq qalmağı, tamahkar və ya vicdanlı olmağı həyatda hər kəs özü seçir”. O, vəzifə və vicdan borcunu seçdi, xalq da onu şöhrətləndirdi.

Usta almazı məharətlə cilaladığı kimi, Heydər Əliyev də qəlbimizin dərinliklərində gizlənən zənginliyi üzə çıxarır. Razılaşın ki, dünyamız yalan, rəzalət, bayağılıq, ədəbsizlik, paxıllıq, ikiüzlülük, satqınlıq kimi təzahürlərlə çirklənib və elə məqamlar olur ki, bataqlıq kimi özünə çəkən hallara qarşı mübarizə aparmaq üçün müsbət enerji tələb olunur. Humanizm, xeyirxahlıq, daxili müdriklik - ümummilli lider Heydər Əliyevdən, bax, bu keyfiyyətləri öyrənmək lazımdır. Bunun üçün isə hisslərimizi təqvimin vərəqləri ilə tutuşdurmamalıyıq.

Bu məqaləyə iqtisadi və sosial inkişafın statistik göstəriciləri qəsdən daxil edilməyib, hərçənd sanballı makroiqtisadi məlumatlara müraciət etmək istəyi şəksiz ki var. Üstəlik, Ümummilli Liderin adamların ehtiyacına necə diqqətli olduğunu hamımız bilirik. Ən ağır illərdə Naxçıvanda Heydər Əliyevin rəhbərliyi altında işləyən mötəbər bir şəxsin sözlərinə görə, hər səhər onun iş otağında ilk növbədə respublika əhalisinin çörəklə təminatının vəziyyəti ilə bağlı informasiya dinlənilirdi. Çörəyin nə demək olduğunu öz şəxsi təcrübəsindən yaxşı bilən Heydər Əliyev insanların ehtiyaclarını hər şeydən üstün tuturdu. İnsanların bir-birinin evinə qonaq getməkdən ehtiyat etdikləri o qorxunc dövrü yada salaq, çünki onlar getdikləri evdə adi çay və qəndin olmasına əmin deyildilər. Bu, metafora deyil, bu 1990-cı illərin əvvəlində adi Azərbaycan ailəsinin gerçək həyatından bir faktdır.

Heydər Əliyev öz xalqını təkcə maddi rifaha gətirmədi, hərçənd razılaşın ki, bunun özü də çox əhəmiyyətli bir məsələdir. Ümummilli Lider böyük güclərin uzun əsrlər boyu xalqın şüurundan səylə sıxışdırıb çıxarmağa çalışdığı milli ləyaqət hissini oyatdı və qayğı ilə bəslədi. Ölkəmiz öz müstəqillik yolunu böyük məşəqqətlər hesabına qazanıb. Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə siyasi nüfuz, iqtisadi kapital, mənəvi ruh yüksəkliyi əldə edib və dünya siyasətinin bərabərhüquqlu, dəyərli və azad subyekti olduğunu dərk edib.

Heydər Əliyevin xatirəsi Azərbaycanı sevən bütün insanların qəlbində təkcə böyük siyasətçi və dahi dövlət xadimi kimi deyil, həm də həqiqətən xalqın xilaskarı olduğu üçün yaşayır. O, öz müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsinə qalxan bir dövləti siyasi xəritədən silməklə hədələyən daxili və xarici qüvvələrin Azərbaycanda nəhəng tarixi “sunami” dalğası yaratdığı unikal bir dövrdə hakimiyyətin başına keçib. Heydər Əliyev 1993-cü il oktyabrın 10-da andiçmə mərasimində dediyi “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm” sözlərinin nəcib qəlbinin hər bir çırpıntısı ilə təsdiq edib.

Təkcə bir çox həyati mövqelərini deyil, həm də bir sıra siyasi doktrina və gerçək siyasi təcrübələrin mahiyyətini təşkil edən “parçala və hökm sür” prinsipi Ümummilli Liderin təbiətinə tamamilə yad idi. Səciyyəvi fakt: “Qərb demokratiyasının carçısı BBC bu gün açıq şəkildə bəyan edir ki, “Bütün Avropa qitəsində hələ bir neçə il əvvəl heç kəsin buna bənzər heç bir şey gözləmədiyi yerlərdə bədahətən yaranan “dəmir pərdələr” renessansı müşahidə olunur, bizim demokratik qonşularımız qonşulardan ayrılıb uzaqlaşırlar”. Bu fonda ölkəmizin xeyirxahlığı, tam tolerant olması hətta müəyyən mənada dünya siyasətinin aktual “gündəliyinə” uyğun gəlməyə bilər. Prezidentimiz İlham Əliyev vurğulayıb: “Deməliyəm ki, Azərbaycan bu Oyunların keçirilməsinə yeganə namizəd idi. Əgər o zaman biz buna razılıq verməsəydik, yəqin ki, bu ideya elə ideya olaraq qalacaqdı”. İndi isə ölkədə Prezident İlham Əliyevin qədim “Atəşgah” məbədində şəxsən alovlandırdığı məşəlin ötürülməsi estafeti keçirilir. Bu hadisənin videoçarxları və şəkilləri İnternetdə böyük əks-səda doğurub və hətta tələbkar “Euronews” tamaşaçılarını valeh edib. Amma Salyeri sindromu əbədidir və bu baxımdan dünya siyasəti də istisna deyil. Ədavətin səbəblərini başa düşən Azərbaycan informasiya müharibəsinin təhdidlərini yenə də layiqincə qəbul edir. Axı, Spinozanın dediyi kimi, “Heç kəs şəxsiyyəti alçalmış insanlar qədər paxıllığa meylli olmur”.

Siyasi rəhbərlik və Milli Olimpiya Komitəsi tərəfindən məhz klassik Olimpiya vüsəti ilə hazırlıq işlərinin aparıldığı birinci Avropa Oyunları qapımızı xoş niyyətlə döyən hər kəsi layiqincə qəbul etməyə ənənəvi hazırlığımızı təsdiq edir. Reqlamentə görə, Olimpiya Oyunlarına hazırlıq müddəti təqribən 7 ildir, lakin Azərbaycan qarşısına ən yüksək hədd qoydu və cəmi iki il ərzində onu fəth etməyə müvəffəq olmaqla, ağla gələn və gəlməyən bütün rekordları təzələdi. Zənnimcə, Heydər Əliyevin özünün hər hansı fəaliyyətinin nəticələrini ən yüksək etalona uyğunlaşdırmağa çalışması və Azərbaycanın Avropa Oyunlarına uğurla hazırlaşması arasında paralel aparmaq yerinə düşər. Heydər Əliyev hələ sovet dövründə sərhədsiz cəmiyyət qururdu, Azərbaycanı dünyada mütərəqqi olan hər şeyə açırdı. Müasir leksikaya müraciət etsək, Ümummilli Lider hər baxımdan sağlam perfeksionizm nümunəsi idi. Reklam məqsədi daşımayan tamamilə sağlam, həqiqi perfeksionizm ənənələri müasir Azərbaycanın vizit kartına çevrilib.

Əlbəttə, çətin gizlədilən paxıllığı və açıq-aşkar kin-küdurəti təkcə Avropa Oyunları qızışdırmır. Azərbaycanın uğurlarına, silahlı qüvvələrimizin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində mənəvi və psixoloji üstünlüyünə kölgə salmaq və alçaltmaq üçün çirkin təbliğata Ermənistanın vergi ödəyicilərinin və onun “demokrat hamilərinin” nə qədər vəsaitinin xərcləndiyini təsəvvür etmək çətindir.

Qloballaşma şəraitində böhranlar iqtisadi inkişafın təbii vəziyyəti olduğu kimi, müasir siyasi həyat burulğanı da hamı tərəfindən qəbul olunmuş faktdır, özü də ölkə dünyanın inteqrasiya proseslərinə nə qədər fəal cəlb olunubsa, “resessiya mikrobuna” yoluxma ehtimalı bir o qədər çoxdur. Lorensin nəticənin səbəbə heç də həmişə proporsional olmadığını göstərən məşhur “kəpənək effekti” maliyyə dünyasında da işləyir. Həqiqi liderin bir çox fikirləri, axtarışları və ümidləri çox vaxt hətta o, həyatda ikən sadə insan qavrayışının hüdudlarından kənarda qalır. Yalnız illər keçəndən sonra aydın olur ki, həqiqətən Ümummilli Lider olan Heydər Əliyev hadisələrin məhz bu cür gözlənilməz gedişatını görürmüş. O, həm öz varislərini, həm də bütöv bir xalqı buna hazırlaya bilib. Heydər Əliyev deyirdi: “İqtisadiyyatı möhkəm olan dövlət hər şeyə qadirdir”. Təhlükəsizlik balışı və ölkənin inkişaf etmiş iqtisadiyyatı dünyada “qara qızılın” qiymətlərinin ucuzlaşmasının Azərbaycan üçün mənfi nəticələrini minimum həddə endirib.

Martin Lüter Universitetinin professoru, maliyyə sahəsində aparıcı ekspert Yozef Huber hesab edir ki, “Hazırda Qərb dünyasının siyasi məkanında ciddi dəyişikliklər etməyə siyasi nüfuzu çatan qətiyyətli insanlar yoxdur. Okeanın o biri tayında ( eləcə də Avropada) qabaqcıl siyasətçilər dəstəsi göz qabağında cılızlaşır”. Ölkəmizin real praktikası sübuta yetirir ki, Azərbaycanın siyasi liderliyini həm qətiyyət, həm də siyasi iradə fərqləndirir.

Biz Heydər Əliyev şəxsiyyətinin çoxşaxəliliyini, insanların niyyət və arzularını incə, dərin və həssas şəkildə duymasını hələ tam dəyərləndirə bilməmişik. Zaman bizi Ümummilli Liderin böyük humanist kimi mənəvi gücünü dərk etməyə yaxınlaşdırır. Heydər Əliyevi böyük şəxsiyyət kimi sosial rollarının dolğunluğu fərqləndirirdi. Liderlik mühüm amildir, lakin bu amil təkcə siyasi məqsədlərin deyil, həm də liderlərin mənəvi prinsiplərinin əhəmiyyətli olduğu qədər məna və əhəmiyyət kəsb edir.

Biz belə düşünməyə adət etmişik: gerçəkliyi başa düşmək və onun üzərində nəzarəti ələ almaq üçün onun hansı hissələrdən ibarət olduğunu başa düşmək yetərlidir. Biz buna şəksiz inanırıq. Bu, adi insan ağlının son dərəcə güclü vərdişidir. Bu yolla biz çox mürəkkəb gerçəkliyi başa düşmək və ona nəzarət etmək illüziyasına qapılırıq. Uşaqlar da məhz başa düşmək və nəzarət etmək axtarışında oyuncaqlarını sındırırlar, siyasətçilər isə dünyanı təsir sahələrinə bölürlər. Heydər Əliyev reallığı bütöv şəkildə qəbul etmək, başa düşmək və hakimiyyət axtarışında dünyanı hissələrə parçalamaq deyil, onu olduğu kimi - mürəkkəb və bütöv şəkildə qəbul etmək istedadına malik idi. Nəticədə o, gerçəklik ilə əməkdaşlığa və ortaq yaradıcılığa müvəffəq olur, gerçəklik də məhz onun planlarının konfiqurasiyasını qəbul edirdi. Razılaşın ki, Azərbaycan kimi kiçik bir dövlət üçün bu, hazırda son dərəcə dəbdə olan, geosiyasi və milli maraqlara tuşlanan “Realpolitik” idi, Heydər Əliyevin özü isə dünya siyasətinin şahmat lövhəsi arxasında siyasi qrossmeyster kimi çıxış edirdi.

Xarici siyasət qlobal siyasi ab-havanın və beynəlxalq münasibətlər sisteminin fəaliyyətinin formalaşmasının amillərindən biridir. İstənilən dövlətin milli maraqlarının xarici siyasi təminatı problemi həmişə aktualdır, lakin müstəqil inkişaf yoluna qədəm qoymuş bir ölkə qarşısında onun çağırışları daha əhəmiyyətlidir. Müstəqil dövlətlərin liderləri arasında bütün siyasi oyunçuların maraqlarını nəzərə alan siyasət yürüdən ilk və yeganə lider məhz Heydər Əliyev olub və bu siyasət tezliklə müstəqillik və adekvatlıq parametrləri alıb. Ümummilli Lider deyirdi: “Diplomatiya döyüş meydanı deyil. Burada opponentə aqressivlik deyil, mehribanlıq və etimad göstərmək lazımdır. Ehtirasa uymamaq, müdriklik və səbir nümayiş etdirmək, siyasətçilərin əlində vasitəyə çevrilməmək, müstəqil siyasi kurs yeridərkən səbirli və dözümlü olmaq lazımdır”. Təsadüfi deyil ki, Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin Direktorlar Şurası sülhpərvər siyasət yeritdiyinə və demokratiyanın inkişafına böyük töhfəsinə görə 1999-cu ildə Heydər Əliyevi “XX əsrin görkəmli dövlət xadimi” adına layiq görüb. Diqqət edin, hələ XIII əsrdə demokratiya və vətəndaş inkişafı yoluna qədəm qoyan bir ölkənin alimləri ona bu adı ikinci dəfə prezident seçilməsindən bir il sonra veriblər. On altı il keçəndən sonra Azərbaycanda siyasi idarəçiliyin qeyri-demokratik və totalitar olması barədə ittihamlar bu gün siyasi və mənəvi baxımdan nə dərəcədə cəfəng görünür. Buna baxmayaraq, bu dərəcədə əsassız ittihamların gözə görünməyən tərəfi aydındır: Azərbaycanın siyasi rəhbərliyi idarə olunmayan xaos və göy qurşağının bütün rənglərindən olan inqilablar qarşısında möhkəm sipər çəkə bilib.

Prezident yüksək rəsmi addır. Xalq müxtəlif hadisələr baxımından bu ada idarəetmənin keyfiyyətinə və üslubuna müvafiq olaraq müsbət və ya mənfi epitetlər əlavə edir. Heydər Əliyev Prezident adı ilə qürur duyurdu və tamamilə haqlı olaraq onu millətin atası, xalqın hamisi və s. adlandırmağa çalışanda, həmişə buna mane olurdu. Mənə belə gəlir ki, burada onun təvazökarlığından və təbii nəzakətindən başqa hamı tərəfindən qəbul edilmiş demokratiya ənənələri çərçivəsində layiqli varis hazırlamaq səylərini təsdiq edən çox incə siyasi mətləb də var idi. Azərbaycan dili çox zəngin və metaforikdir. Dövlət başçısı üçün gurultulu epitetlər təklif etmək xüsusi zəhmət tələb etmir. Xalqın ikinci atası, üçüncü qurucusu, dördüncü hamisi, əbədi xilaskarı ola bilməz. Lider anlayışının özü dövlətdə birinci şəxsin rolunun dərk edilməsinə demokratik və sivil yanaşmadan danışır və hətta faydaçılıq və nepotizmə olan eyhamları da istisna edir. Lakin onun vəfatından sonra xalqın özü çox dəqiq tərif verdi: Ümummilli Lider. Heydər Əliyevin varisi haqlı olaraq modernləşmə və innovasiya lideri, XXI əsrin lideri sayılır. Həqiqətən, yeni zaman, yeni tip liderlik, lakin mənəvi dəyərlərin sarsılmazlığı prioritet olaraq qalır.

Qədirbilən yaddaş belə dəyərlərdəndir. Amma yaddaşa da haqq və mənəviyyat barədə fərdi təsəvvürlərinə müvafiq ehtiram bəsləmək olar. Qorbaçov Fondunun saytını açın və əmin olun. Baş səhifədə siyasətçinin kredosunu əks etdirən fotoşəkil yerləşdirilib: yaltaq-yaltaq irişən Qorbaçov Reyqanın əlini sıxır. Sonra necə idarə etmək, necə islahatlar aparmaq, necə inkişaf etmək, Rusiyanın və bütün dünyanın nə etməsi ilə bağlı təkidli tövsiyələr olan yazılar gəlir. Təbii bir sual doğur. Görəsən, SSRİ-nin birinci və sonuncu prezidenti olmuş, ölkəni xaosa və millətlərarası münaqişələr uçurumuna sürükləmiş bir insanın tövsiyə verməyə mənəvi haqqı varmı? Diqqətinizi həm ölkəmizə, həm də liderimizə çox yaralar vurmuş Qorbaçov üzərində bilərəkdən cəmləşdirdim.

Qərbin keçmiş siyasi liderləri də başqa ölkələrin işlərinə qarışmaq imkanını əldən vermirlər. ƏvvəIlər Ukrayna oliqarxlarının ianələr köçürdüyü, sonra isə Maydanın sponsorlarından biri olmuş Klinton Fondu kimi. Heydər Əliyev həyatda ikən öz ölkələrinin ali rəhbərliyini təmsil edənlərin müxtəsər nümunələri belədir. Keçmiş prezidentlərin fondlarının siyasi həyata fəal müdaxilə vəsiləsini davam etdirmək olar. Ümummilli Liderimiz bütün bu panoram üzərində bir azman kimi ucalır. Heydər Əliyev Fondu yüksək bəşəri və mədəni əhəmiyyət daşıyan, humanizm, siyasi nəzakət və tolerantlıqla zəngin olan sosial layihələri ilə dünyaya açıqdır.

Müasir müstəqil Azərbaycanın mürəkkəb inkişaf modelinin ideoloqu və memarı olan ümummilli lider Heydər Əliyev bu gün də bizi ruhlandırır, ürəkləndirir, qəlbimizi şövqləndirir. Son fotoşəkillərindən birində artıq bir o qədər də sağlam olmayan insan gənclərə xas coşqunluqla gülümsəyir, gül-çiçəyə burunmuş bağın gözəlliyinə heyran qalır. Sanki kiçik bir detaldır, lakin onun həyat prinsipini açıqlayır: mübarizə aparmağı bacar və ləyaqətlə yaşadığın hər bir günə görə sevin. Heydər Əliyevin son fotoşəkilləri Onun Doğum Gününün rəmzidir - baharın qızğın çağı...

Həyatın gerçəkliyini əks etdirən bu mənzərəyə baxanda, tez-tez düşünürəm ki, vəziyyətin təhlili və qərarların qəbul edilməsi ilə müqayisədə liderlik həmişə nə isə daha böyük bir məfhumdur. Məncə bu, insanların zəkasına və enerjisinə təsir etməkdən ibarətdir. Taleyin hökmü ilə lider olmuş Heydər Əliyev təkcə ruhlandırmağa qadir deyildi. Onun ideyaları, həyat prinsipləri və meyarları bu gün də bizi, problemlərin və çətinliklərin yükünü daşıyan insanları gələcəyə nikbinliklə baxmağa sövq edir. Postmodern çaxnaşma və klip şüuru əsrində sarsılmaz əbədi həqiqətlərə tələbat artır və ümummilli lider Heydər Əliyev yenilməz gücün, qüdrətin, mənəvi saflığın və qətiyyətin rəmzinə çevrilir.

Aqiyə Naxçıvanlı,

siyasi elmlər doktoru, professor,

Milli Məclisin deputatı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb