Azərbaycan Dövlət İnformasiya Agentliyi

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Bakı, 2 oktyabr, AZƏRTAC

Casusluq tarix boyu müharibələrin və dövlətlərarası qarşıdurmaların görünməyən cəbhəsi olub. Vaşinqtondakı Beynəlxalq Casus Muzeyində isə casusluqda istifadə olunan ən qeyri-adi vasitələr bir araya gətirilib. Burada İkinci Dünya müharibəsindən Soyuq müharibəyə, ABŞ–Sovet qarşıdurmasından müasir terror təhlükəsinə qədər müxtəlif dövrlərə aid casusluq əməliyyatlarının izlərini görmək mümkündür.

Casusluqda silahın-silaha, kameranın-kameraya bənzəməməsi əsas şərt olub. Bəzən bunun üçün adi bir kosmetik vasitə kifayət edib.

BBC əməkdaşını öldürən zəhərli çətir

Muzeydə Soyuq müharibə dövründə KQB agentləri üçün hazırlanmış 4,5 millimetrlik, təkatımlı tapançanın surəti də var. İlk baxışdan adi dodaq boyasına bənzəyən silahın lüləsi hədəfə sıxıldıqda atəş açılırdı. Sərhəd yoxlamalarından asanlıqla keçirilməsi üçün dodaq boyası formasında hazırlanan bu silah tarixə “ölüm öpüşü” adı ilə düşüb.

Dodaq boyası yeganə belə nümunə deyil. Sərgidə 1978-ci ildə bolqar dissident Georgi Markovun öldürülməsi ilə bağlı çətir formasında hazırlanmış qurğunun replikası nümayiş etdirilir. Londonda yaşayan BBC əməkdaşı Georgi Markov işə gedərkən ayağında qəfil sancı hiss edir və sonradan onun ayağında içərisində zəhər olan son dərəcə kiçik metal kapsul aşkarlanır. Markov dörd gün sonra həyatını itirir.

Göründüyü kimi gizli əməliyyatların hədəfi hər zaman məlumat toplamaq olmayıb. Bəzən hədəf konkret bir insanın fiziki olaraq aradan götürülməsi idi.

Trotskinin qənimi olan buz baltası

Bu buz baltası XX əsrin ən məşhur siyasi qətllərindən birinin əsas sübutudur. 1940-cı ildə sovet agenti Ramon Merkader Meksikada Lev Trotskiyə məhz bu alətlə hücum edib. Trotski aldığı ağır yaradan bir gün sonra həyatını itirib.

Digərlərindən fərqli olaraq bu eksponat həmin silahın oxşarı deyil, özüdür. Merkader onu qısaldaraq pencəyinin altında gizlətmişdi.

Daha mürəkkəb üsul isə diplomatik hədiyyədə tətbiq olunmuşdu. 1945-ci ildə sovet uşaqlarının ABŞ-nin Moskvadakı səfirinə təqdim etdiyi taxta Amerika gerbi yeddi il onun kabinetində qaldı. Yalnız 1952-ci ildə içərisində dinləmə qurğusu aşkarlandı. “The Thing” adlandırılan cihazın batareyası belə yox idi – xaricdən göndərilən radiosiqnalla aktivləşirdi.

Casusluqda gizli müşahidə üçün isə daha zərərsiz görünən əşyalar seçilirdi: kamera geyimin altında, səsli saatın içərisində gizlədilir, ötürücü ayaqqabının dabanına yerləşdirilirdi. Əsas məqsəd otaqdakı əşyaların belə şübhə doğurmaması idi. Qozun içərisində məxfi material gizlədilir, adi ütünün altında isə agentlərin şifrələmə materialları və əlaqə məlumatları üçün xüsusi bölmə yaradılırdı. Təhlükə yaranarsa, ütünü elektrikə qoşmaqla içəridəki materialları məhv etmək mümkün idi. Şahmat taxtasının daxilində isə mikrokameranı gizlətmək üçün xüsusi bölmələr vardı.

Bölünmüş Almaniyada isə gizlədilməli olan bəzən cihaz və ya sənəd deyil, insanın özü idi.

Şərqi Almaniyadan Qərbə qaçmaq istəyənlərin istifadə etdiyi üsullardan biri avtomobilin daxilində yaradılmış son dərəcə dar gizli bölmələr idi. Muzeydə nümayiş etdirilən avtomobil insanın sərhəd nəzarətindən yayınmaq üçün nə qədər kiçik bir sahədə gizlədilə bildiyini göstərir.

ABŞ kəşfiyyatının uğursuzluqları

Amma qarşı tərəfi aldatmaq qədər vacib olan başqa məsələ də var – öz əlinizdəki məlumatı düzgün oxumaq. Muzeydə Amerika tarixində casusluğun uğursuzluğa düçar olduğu xüsusi bölməyə də yer verilib.

Tarixin ən ağır hücumlarından ikisi — 1941-ci ildə Pörl-Harbora hücum və 2001-ci ilin 11 sentyabr terror aktları ABŞ kəşfiyyatının ən böyük uğursuzluqları sırasında göstərilir. Hər iki hadisədən əvvəl müəyyən xəbərdarlıqlar və məlumatlar mövcud olsa da, onlar vaxtında düzgün təhlil edilməyib və aidiyyəti qurumlar arasında lazımi şəkildə paylaşılmayıb. Bu otaq göstərir ki, kəşfiyyat üçün məlumat toplamaq qədər, həmin məlumatlar arasında əlaqə yaratmaq və təhlükəni vaxtında müəyyənləşdirmək də həyati əhəmiyyət daşıyır.

Beynəlxalq Casusluq Muzeyindəki bu eksponatlar müxtəlif dövrlərə aid olsa da, onların ortaq hekayəsi dəyişmir: dövlətlər bir-birinin planlarını öyrənmək, məlumatı qorumaq və rəqibindən bir addım öndə olmaq üçün daim yeni üsullar axtarıblar.

Texnologiya dəyişib, casusluğun alətləri kiçilib və daha mürəkkəb olub. Amma görünməyən bu mübarizənin əsas məqsədi əsrlərdir eyni qalır — informasiyanı əldə etmək və onu rəqibdən əvvəl istifadə etmək. Görünür, bu gün də istifadə edilən, lakin bilinməyən vasitələr illər sonra muzeyin yeni eksponatları olacaq.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı olub

Tramp: ABŞ hələlik Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etmir

Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var

Rejissor: Teatr aktuallığını qorumaq istəyirsə, tamaşaçı ilə ünsiyyətin yeni formalarını axtarmalıdır

ABŞ Ukraynaya 2,1 milyard dollarlıq “Patriot” raketlərinin satışını təsdiqləyib

Kanada Ukraynaya 500 milyon avro ayıracaq

ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarını təxliyə etməyə başlayıb

Eldar Cəfərov: Gələn il Azərbaycanda yeddi beynəlxalq rəqs layihəsinin keçirilməsi planlaşdırılır

Bakıda “Azerbaijan Dance Festival 2026” beynəlxalq rəqs festivalı keçirilir

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib

Ekspert: Azərbaycan AQEM çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayır

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb

İcbari Sığorta Bürosu son 5 ildə 5 milyon manatdan artıq kompensasiya ödənişi edib

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb

Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları əsasında müəyyən ediləcək

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb

Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib

“Əsgərlərimi çıxarın, mən hələ dözərəm” - Son nəfəsində də zabit şərəfinə sadiq qalan komandir

Bu saata olan əsas xəbərlər

Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib VİDEO

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Şahbuzda elektrik enerjisinin verilişi dayandırılacaq

ADA Məktəbinin şagirdi: “Məhsul bayramı” bizə ehtiyacı olan insanlara kömək etməyi öyrədir

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib

AMEA-nın Ümumi yığıncağı Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılmasını təsdiq edib

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Bahar Əliyeva: Festival bizə mehriban olmağı və paylaşmağı öyrədir

Azərbaycanın keçdiyi yol münaqişələrdən əziyyət çəkən digər dövlətlər üçün nümunədir ŞƏRH

Vüqar Kərimov: Cəbrayıl ərazisində beynəlxalq meşə təlim və tingçilik mərkəzi tikilib

Tələbələrdən xeyriyyə addımı: sərgidən əldə olunan gəlir sosial təşəbbüsə yönəldiləcək

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub

“Qarabağ” akademiyasının meneceri: “Dinamo Zaqreb”lə oyuna qələbə üçün yollanacağıq

Naxçıvan şəhərində binaların istilik təchizatına noyabrın 1-də başlanılacaq

Hindistanda göyərtəsində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb

“Dostluq körpüsü” layihəsi çərçivəsində uşaqların hekayələrindən ibarət kitab hazırlanıb

Sevinc Seyidova: Məhsul bayramı şagirdlərdə xeyirxahlıq və sosial məsuliyyət dəyərləri formalaşdırır

Rusiyanın neft emalı müəssisələri yenidən hücumlara məruz qalıb

Çexiyanın NATO-nun hərbi hədəflərinin 70 faizini yerinə yetirmədiyi açıqlanıb

Ağcabədidə tələbələr arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə görüş təşkil olunub

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

BMU-İNHA ikili diplom proqramı: 256 məzun və yeni hədəflər

Qərb regionunda turizm sənayesinin inkişafı üzrə yeni mərhələ: Gəncədə ilk iclas olub

Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir ŞƏRH

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil edilib

Konqoda Eboladan ölənlərin sayı 5 minə çatır

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər

Bakı Dövlət Universiteti Keniyanın təhsil müəssisələri ilə əlaqələri genişləndirir

Bu il daha 826 şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

Fransada yırtıq əməliyyatlarında istifadə olunan protezlərlə bağlı şikayətlər artıb

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Azərbaycan təcrübəsi: Müharibədən sonra sülhün və yeni həyatın qurulması – ŞƏRH

Coğrafiya İnstitutu ilə Türkiyə universiteti arasında elmi əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

® Ən müasir metodlarla xəstələrə sağlamlıq bəxş edən həkim

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?

Böyük Britaniyada “Meta”nın bazardakı üstün mövqeyindən sui-istifadə etməsi ehtimalı araşdırılır

Milli həmrəylik və sülh quruculuğu Azərbaycanın beynəlxalq mövqeyinin əsaslarıdır ŞƏRH

Zeynəb Babayeva: İnsanları birləşdirən mənəvi dəyərlər xarici görünüşdən daha vacibdir

Yuri Landau: Azərbaycan bərpaolunan enerjinin inkişafı üzrə böyük potensiala malikdir – MÜSAHİBƏ

Butanda buzlaq gölünün bəndinin yarılması daşqına səbəb olub, Hindistanda sel təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

İƏT-ə üzv dövlətlər üçün korrupsiya tədbirləri ilə bağlı tövsiyələr hazırlanıb

Zəfər Gününə həsr olunan tədbirdə Azərbaycanın tarixi Qələbəsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Universitetinin tələbələri üçün probasiya fəaliyyətinə dair maarifləndirmə tədbiri təşkil olunub

“Milan” NBA Avropa layihəsində iştirak üçün basketbol komandası yaratmağı planlaşdırır

Alimlər autizmli insanların beyin fəaliyyətinin fərqli xüsusiyyətlərini üzə çıxarıblar – ARAŞDIRMA

BBC-nin illik lisenziya haqqı artırıla bilər

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi “Qızıl payız” qaçış festivalında iştirakçılara tibbi dəstək göstərib

Coğrafiyaçı-alim: Xəzərin səviyyə tərəddüdləri sahil ərazilərində ekoloji və sosial-iqtisadi problemlər yaradır

Rəssam Fərid Rəsulov Qarabağ xalçaçılıq ənənələrini müasir 3D texnikası ilə təqdim edir

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub

Britaniyanın Baş naziri: Dünyadakı qeyri-sabit vəziyyət planlarımızı həyata keçirməyə imkan vermədi

Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıb – Yekun məlumat

Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun növbəti iclası olub

İrlandiya Şimali İrlandiya ilə mümkün birləşməyə hazırlıq məqsədilə ilk dəfə xüsusi qurum yaradacaq

Bakının məşhur “Metropol”undan dahi Nizaminin məbədinə: 87 illik şanlı tarix

Oman yaxınlığında hücuma məruz qalan gəminin 25 nəfərlik heyəti təxliyə edilib

ABİF işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu təqdim edir

Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

Qazaxıstanın Türküstan şəhəri 2027-ci ildə “İslam dünyasının mədəniyyət paytaxtı” olacaq

Çində qu quşlarının qış məskənindən füsunkar görüntülər – FOTOLAR

Dünya çempionatı: Portuqaliya millisi B yolunun finalında Zambiyaya uduzub

Sankt-Peterburqda müasir Azərbaycan yazıçılarının hekayələrindən ibarət kitab nəşr olunub

Xarici təhdidlərə qarşı effektiv mübarizə üsulu - azərbaycançılıq ideologiyası – TƏHLİL

İllərlə xarici dil öyrənən şagirdlər niyə sərbəst danışa bilmirlər? – metodistin tövsiyələri

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

“Bakıya uçuş” festivalı çərçivəsində Fərhad Xəlilovun “Mənim Abşeronum: Üstə gəl” sərgisi nümayiş etdirilir

® Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur