Cari ildə Azərbaycanla Yaxın Şərq və Afrika dövlətləri arasında təmaslar davam edib
Bakı, 29 dekabr, AZƏRTAC
Cari ildə Yaxın Şərq və Afrika dövlətləri ilə Xarici İşlər nazirlikləri xətti ilə təmaslar davam edib. Beynəlxalq tədbirlər çərçivəsində ölkəmizin xarici işlər naziri İraq Respublikasının, Suriya Ərəb Respublikası, Bəhreyn Krallığı, Livan Respublikası, Fələstin Dövlətinin xarici işlər naziri ilə görüşmüş, Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri ölkəmizə səfər edib. 2021-ci il ərzində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Misir Ərəb Respublikası, Qətər Dövləti və Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb. Qeyd edilib ki, il ərzində, həmçinin İsrail Dövləti, İraq, Qətər Dövləti və BƏƏ ilə iqtisadi əməkdaşlıq üzrə birgə komissiyaların iclasları keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]