Cari ilin yaz mövsümündə 1 milyondan çox aqrar əhəmiyyətli ağac əkilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Cari ilin yaz ayları ərzində aqromeşə massivlərinin yaradılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən meşə fondu torpaqlarının meşə ilə örtülü olmayan ərazilərinin 2187 hektarında 1 milyondan çox aqrar əhəmiyyətli zeytun, fındıq, qoz, badam, nar, tut, innab, püstə, ərik və s. cinslərdən ibarət aqrobağlar salınıb.
Departamentdən AZƏRTAC-a bildirilib ki, 17314,7 kiloqram toxum tədarük edilərək 14,03 hektar sahədə tinglik səpini aparılıb. Bundan başqa, kökləndirmə şöbəsində 39,34 hektar sahədə 2261,8 min ədəd çiling basdırılıb, böyütmə şöbəsində isə 0,28 hektarda 12,5 min ədəd, qapalı kök sistemində (polietilen torbalarda) 17,65 min ədəd meyvə tingi yetişdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]