Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cavad Ağayev: Məqsədim gələn il keçiriləcək Yay Olimpiya Oyunlarında çempion olmaqdır

Ümid edirəm ki, Meksikada dünya çempionatındakı bürünc medalı Bakıdakı mundialda qızıla çevirəcəyəm

Bakı, 25 yanvar, Məmməd İsayev, AZƏRTAC

Ötən ilin avqust ayında Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları keçirildi. Bu oyunların yalnız final döyüşündə Olimpiya çempionu, özbəkistanlı rəqibimə məğlub olaraq ikinci yeri tutdum. Kişilərin yarışında məndən başqa Həşim Məhəmmədov (58 kq) həmin turnirdə bürünc medala yiyələndi. Albaniyada sentyabrda təşkil olunmuş 21 yaşlılar arasında Avropa çempionatında ikinci yerə layiq görüldüm. Noyabrda Meksikanın Qvadalaxara şəhərindəki taekvondo üzrə böyüklər arasında dünya çempionatında isə Azərbaycan milli komandasının heyətində yer alaraq fəxri kürsünün üçüncü pilləsində qərarlaşdım.

Bunu AZƏRTAC-a açıqlamasında taekvondo üzrə dünya, Avropa çempionatının və İslam Oyunlarının mükafatçısı Cavad Ağayev (68 kq) ötən il keçirilmiş yarışlarda qazandığı nailiyyətlər barədə danışarkən söyləyib.

Taekvondoçumuz bildirib ki, 2022-ci il onun üçün çox uğurlu keçib. Doğrudur, o bəzi yarışlarda qızıl medal qazanacağını gözləyirmiş. Lakin ayağındakı zədə səbəbindən həmin turnirlərə tam hazırlaşa bilmədiyi üçün Qran-Pri yarışlarda da istədiyi nəticəni əldə edə bilməyib. İdmançı ümid edir ki, Meksikadakı qazandığı bürünc medalı Bakıda qızıla çevirəcək.

Ötən il dünya çempionatında bürünc, U-21-in Avropa çempionatında və İslam Həmrəyliyi Oyunlarında gümüş mükafatı yığmamızın aktivinə yazdıran 20 yaşlı taekvondoçu növbəti yarışlarda da yüksək nailiyyətlər əldə etməyə çalışacağını vurğulayıb.

Altmış səkkiz kiloqram çəki dərəcəsində dayanq üzərinə çıxan idmançımızın sözlərinə görə, daha da yaxşı hazırlaşıb bu ilin mayında Azərbaycanın ev sahibliyi edəcəyi dünya çempionatında qızıl medal qazanmaq arzusundadır: “2023-cü ilin ötən ildən də daha uğurlu olacağına inanıram. Bizi qarşıda böyük yarışlar gözləyir. Əsas məqsəd doğma Vətənimizdə keçiriləcək dünya çempionatında inamlı çıxış etməkdir. Mənə olan ümidləri doğrultmağa çalışacağam. Hər bir idmançının məqsədi çempion olmaqdır. Mən də dünya çempionu olmaq istəyirəm. Keçən il mundiala qızıl medal qazanmaq məqsədilə qatıldım. Lakin təəssüf ki, üçüncü yerlə kifayətləndim. Bu il ölkəmizdə keçiriləcək mötəbər yarışda komanda yoldaşlarımla birgə bütün gücümüzü ortaya qoymaya çalışacağıq. Hədəfimiz yalnız qızıl medal qazanmaqdır”.

Cavad Ağayev əlavə edib ki, hər bir idmançı kimi, o da “Paris-2024” Yay Olimpiya Oyunlarında çempion olmağı qarşısına məqsəd qoyub: “Beynəlxalq yarışlarda uğur qazanmaqla həmin hədəfə doğru inamla irəliləyirəm. Paytaxtımızda keçiriləcək mundiala hazırlığı isə artıq indidən başlamışıq. Artıq yığmanın digər taekvondoçuları ilə birgə kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərliyi ilə təlim-məşq toplanışlarında iştirak edirik”.

Taekvondo üzrə Olimpiya reytinqində ilk onluqda, dünya reytinqində isə 14-cü yerdə qərarlaşdığını vurğulayan idmançı deyib: “Olimpiya reytinqində ilk altılığa daxil olan idmançılar Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanır, odur ki, lisenziya qazanmağa ehtiyac qalmır. Qarşıdakı beynəlxalq yarışlarda yaxşı nəticə əldə etməklə ilk altılıqda yer almaq istəyirəm”.

Dünya çempionumuz, həmçinin qeyd edib ki, fevralda Türkiyənin İstanbul şəhərində “President Cup” və “Türkish Open” turnirləri baş tutacaq. Bundan başqa, mundialın ardınca iyunda Polşada təşkil olunacaq Avropa Oyunlarında iştirak etməyi planlaşdırırıq. Həmin yarışda da üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırmaq üçün mübarizə aparacağam”.

Xatırladaq ki, bu il yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin iştirak etdiyi tədbirdə idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. Onların arasında yığmamızın taekvondoçusu Cavad Ağayev də yer alıb. Beynəlxalq yarışların mükafatçısına mənzil hədiyyə edilib. Taekvondoçumuz ona Prezident tərəfindən hədiyyə olunan mənzilin həyatında ən dəyərli hədiyyə olduğunu bildirərək deyib: “Prezident İlham Əliyev həmişə idmanı və idmançıları diqqətdə saxlayır. Bizim yarışlarda uğur qazanmağımız da məhz dövlətin bizə diqqət və qayğısının təzahürüdür. Buna görə dövlətimizin başçısına dərin minnətdarlığımı çatdırıram”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib