CƏBHƏ BÖLGƏLƏRİNDƏ MÜASİR İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARI TƏTBİQ EDİLİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Qarabağın işğal altında olan əraziləri ilə həmsərhəd rayonlarda informasiya və kommunikasiya texnologiyalarının müasir tələblərə uyğun şəkildə qurulması istiqamətində müvafiq tədbirlər görür.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, “Aztelekom” İstehsalat Birliyi Trans-Asiya-Avropa (TAE) magistral kabel xəttinin Bərdə-Ağcabədi-Beyləqan hissəsinin tikintisini davam etdirir. Hazırda Ağcabədi rabitəsinin elektronlaşdırılması istiqamətində işlər aparılır.