Cəlilabad rayonunda biçilmiş taxıl sahəsində yanğın baş verib
Cəlilabad, 10 iyul, İlkin Adıyev, AZƏRTAC
Cəlilabad rayonunun Abdullu kəndi ərazisində biçilmiş taxıl sahəsində yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmadan söndürülüb.