Ceyms Kemeron “Titan” batiskafının faciəsi haqqında film çəkə bilər
Bakı, 14 iyul, AZƏRTAC
Kanadalı rejissor Ceyms Kemeron “Titan” batiskafının faciəsini ekranlaşdıra bilər. Bu barədə “The Sun” nəşri öz mənbəyinə istinadla məlumat verir.
AZƏRTAC xəbər verir ki, batmış "Titanik"in qalıqlarına çoxsaylı dalmalar edən rejissor dünyada ən populyar striminq platformalarından biri üçün böyük serial çəkə bilər. Bu, onun ürəyinə yatan bir layihədir. O “Titanik”in hekayəsini elə şəfqətlə danışdı ki, indi bu addımın atılması da real görünür”, — deyə insayder bildirib.
Məlumata malik mənbə onu da qeyd edib ki, faciəni araşdırmaq üçün rejissorun yetərincə vaxtı olacaq və o, kifayət qədər maliyyə vəsaiti ilə təmin ediləcək.
Həmçinin məlumdur ki, prodüserlər baş rollarda Mett Deymon və Kumeyl Nancianini görmək istəyirlər.
Batiskafın batması ilə bağlı faciə iyunun 18-də baş verib. Gəmi ilə əlaqə onun suya dalmasından 1 saat 45 dəqiqə sonra itirilmişdi. Axtarış-xilasetmə əməliyyatı ertəsi gün başlayıb. İyunun 22-də batiskafın qalıqları aşkar edilib. Heyət həlak olmuş hesab olunur.