Çağırış kuboku yarışı: “Azərreyl” səfərdə Almaniya klubuna qarşı
Bakı, 14 dekabr, AZƏRTAC
Qadın voleybolçulardan ibarət “Azərreyl” voleybol klubu bu gün Çağırış kuboku yarışında növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, komanda 1/16 final mərhələsinin ilk matçında Almaniyada “Thüringen” klubu ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Cavab görüşü dekabrın 15-də eyni məkanda olacaq. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, oyunlar Almaniyada keçiriləcək.
Qeyd edək ki, “Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı mübarizədən kənarlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]