Çaylarda suyun səviyyəsi qalxmışdır
Bakı, 12 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çayların mövcud vəziyətini araşdırmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, temperatur rejiminin yüksəlməsi və orta dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində Qanıx çayında son üç gün ərzində suyun səviyyəsi 27, Kürəkçayda 6, Gəncəçayda 3, Qusarçayda 8, Qudyalçayda 7, Vəlvələçayda 24, Naxçıvan Muxtar Respublikasındakı Naxçıvançayda isə 49 santimetr artmışdır.
Eyni zamanda, Kür çayının Qıraqkəsəmən məntəqəsində son iki gün ərzində suyun səviyyəsinin 59 santimetr artması müşahidə olunmuşdur.
Hazırda Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 490, Şirvanda 380, Salyanda 313, Bankədə 259, Araz çayının Novruzlu məntəqəsində isə 230 santimetr təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]