Çempionlar Liqası: “Qarabağ”ın Macarıstan klubu ilə cavab oyununun hakimləri açıqlanıb
Bakı, 25 avqust, AZƏRTAC
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununun hakimləri müəyyənləşib.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıda Macarıstanın “Ferensvaroş” klubu ilə keçiriləcək görüşə Fransadan olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı Kleman Türpen idarə edəcək. Baş hakimin köməkçiləri Nikolya Danos və Aleksis Orjie olacaqlar. Dördüncü hakim funksiyasını Romen Lissorq yerinə yetirəcək.
VAR hakimi Jerom Brizar, onun köməkçisi isə Nikolya Renvil olacaq.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - “Ferensvaroş” oyunu saat 20:45-də start götürəcək. İlk matçda Ağdam təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]