Çexiyanın sabiq Baş naziri hücuma məruz qaldığını bildirib
Praqa, 2 sentyabr, AZƏRTAC
Çexiyanın sabiq Baş naziri və müxalifyönlü ANO partiyasının lideri Andrey Babiş bildirib ki, dünən axşam seçkiqabağı mitinq zamanı iştirakçılardan biri ona qoltuq ağacı ilə zərbə endirib.
AZƏRTAC xəbər verir ki, siyasətçinin sözlərinə görə, hücum arxadan olub və zərbə onun gicgah nahiyəsinə dəyib. Babişin başında güclü hematoma aşkarlanıb, o, tibbi müayinə gözləyir.
Sabiq Baş nazir videomüraciətində belə hücumların hər bir siyasətçiyə qarşı yolverilməz olduğunu vurğulayıb, həmçinin sentyabrın 2-də qeyd etdiyi 71 illik yubileyi münasibətilə təbrik ünvanlayan tərəfdarlarına təşəkkür edib.
Hücum edən şəxs müsahibəsində hərəkətinin ani impuls nəticəsində baş verdiyini, səbəbini özünün də tam anlamadığını, lakin “siyasətçilərin yalanlarından” narazı olduğunu deyib. Polis hadisəni araşdırır və həmin şəxsin əməllərinin xuliqanlıq və bədən xəsarəti yetirmə kimi qiymətləndirilməsi imkanını nəzərdən keçirir.
Hadisəyə baxmayaraq, Babiş Moraviya-Sileziya bölgəsində seçkiqabağı tədbirlərini davam etdirməyi planlaşdırır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:44]
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]