Çin koronavirusun yayılmasının pik dövrünü keçdiyini açıqlayıb
Pekin, 12 mart, AZƏRTAC
Çin Dövlət Səhiyyə Komitəsi ölkədə yeni tip koronavirusun (COVID-19) yayılmasının pik dövrünün başa çatdığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bunu komitənin mətbuat katibi Mi Fen martın 12-də Pekində mətbuat konfransında bəyan edib. O, Çində koronavirusa yoluxanların sayında azalma müşahidə olunduğunu bildirib.
Qeyd edək ki, dekabrın son günlərində Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərində meydana çıxan yeni tip koronavirusa Çində 80 min 980 nəfər yoluxub. Bu virus səbəbindən 3 min 173 nəfər ölüb. Çindən başqa, 123 ölkədə 37 mindən çox yoluxma, 1100-dən yuxarı ölüm faktı qeydə alınıb. Dünya Səhiyyə Təşkilatı yeni koronavirusu pandemiya elan edib. Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus yaxın günlərdə və həftələrdə yoluxma və ölüm hallarının baş verdiyi ölkələrin sayının artacağının gözlənildiyini bildirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]