Çində yeni il səyahətləri zamanı 2 milyarddan çox insan səfərə çıxacaq
Bakı, 6 yanvar, AZƏRTAC
Çin sakinləri ay təqvimi ilə ümummilli yeni il bayramı (bu il yanvarın 22-də başlayacaq) münasibətilə ölkənin nəqliyyat sistemi üçün ən gərgin 40 gün - “Çunyun” (bahar səyahətləri) dövründə 2 milyarddan çox səfər həyata keçirəcəklər.
AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 99,5 faiz çoxdur.
Beləliklə, ölkədə sərnişin axını 2019-cu ildə koronavirus məhdudiyyətlərinin təsir etmədiyi sonuncu “Çunyun” dövrü ilə müqayisədə 70,3 faiz bərpa olunacaq.
Bu il Çində “Çunyun” rəsmi olaraq yanvarın 7-də başlayacaq və fevralın 15-də sona çatacaq. Bahar səyahətləri dövründə çinlilər ölkənin digər bölgələrində yaşayan valideynlərini və yaxın qohumlarını ənənəvi olaraq ziyarət edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]