Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş heykəltaraşlıq müsabiqəsinin qalibləri məlum olub
Bakı, 8 avqust, AZƏRTAC
Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə elan olunmuş heykəltaraşlıq müsabiqəsinin qalibləri müəyyən olunub.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə ölkəmizin heykəltaraşları tərəfindən 21 əsər təqdim olunub.
Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib.
Müsabiqədə Natiq Əliyev birinci, Nurəli Şahbazov ikinci, İlqar Ağaşov isə üçüncü yerə layiq görülüb.
Xatırladaq ki, heykəltaraşlıq müsabiqəsi Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:06]
Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni
- 28.09.2026 [18:45]
“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti
- 28.09.2026 [17:02]
Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub
- 28.09.2026 [15:59]
Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır
- 28.09.2026 [14:53]