Çinin avtomobil ixracı yanvar-fevral aylarında 30,5 faiz artıb
Bakı, 17 mart, AZƏRTAC
Çinin avtomobil ixracı 2024-cü ilin ilk iki ayında illik müqayisədə 30,5 faiz artıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin Avtomobil İstehsalçıları Assosiasiyası məlumat yayıb.
Bu dövrdə, ümumilikdə, 822 min avtomobil ixrac edilib.
Sərnişin nəqliyyatı vasitələrinin ixracı illik müqayisədə 31,5 faiz artaraq 686 min ədədə, kommersiya avtomobillərinin ixracı isə ötən ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz artaraq 136 min ədədə çatıb.
Çin bu dövrdə 182 min ədəd elektrikli avtomobil ixrac edib və bu, illik 7,5 faiz artım deməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]