Çinli atlet: İlk dəfədir dünya çempionatında qızıl medal qazanıram
Bakı, 25 avqust, AZƏRTAC
İlk dəfədir dünya çempionatında qızıl medal qazanıram.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında kişilər arasında 50 metr məsafəyə tapançadan atəş açmada qızıl medala sahib çıxan çinli atlet Yu Xie yarışın mətbuat xidmətinə açıqlamasında deyib.
İdmançı çox həyəcanlı gün keçirdiyini bildirib: “Bir sıra çətinliklər yaşadım. Bu, mənim üçün çox gözəl təcrübə idi. İlk qızıl medalıma görə çox sevinirəm. Amma turnirin son günləri olduğu üçün yorğunluq hiss olunur. Eyni zamanda, komanda olaraq da qızıl medal qazandıq. Yarışdan əvvəl komanda yoldaşlarımla söhbət edib bir-birimizə dedik ki, qətiyyətli olmalıyıq. Bunun nəticəsi olaraq qalib gəldik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:16]
Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]